Reklam
Reklam

Etimologiya lüğəti

yanıqlı

1. Yanmaq feilindən yanıq ismi, ondan da yanıqlı sifəti törəyib. M.Cümə yazır: Bir su ver yanıqlıya... Sözün yanğılı forması da var, yana-yana mənasını əks etdirir.

2. Bu söz Tovuzda bir kəndin adıdır. Xınna dərəsində yerləşir. Z.Xasiyev doğru yazır ki, Xınna sözü hun sözünün təhrif olunmuş formasıdır. Yanıqlı isə, çox güman ki, arabanı kəşf etmiş qınıq (qayığ) tayfasının adı ilə bağlıdır, söz əvvəl qanıqlı kimi olub, sonra Yanıqlı şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti