Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

yanşaq

Aşıq, ozan. (“Koroğlu” dastanının lüğəti)

Sözün çoxdanışan, zəvzək, uzunçu, eləcə də dialektlərdə çox hürən, hürəyən it mənaları da var.

Elə bu dəmdə Koroğlu özünü saldı meydana. Aslan paşa gördü budu, bir aşıq çiynində saz girdi ortalığa.

Dedi:

– Ayə, yanşaqsanmı?

Koroğlu dedi:

– Bəli, paşam, yanşağam(“Durna teli”)

                                                  *

Həsən paşa dedi:

Yanşaq, and olsun ki, indiyə kimi belə tərif eşitməmişdim. Sən dediyin bu sifətlər Həmzə bəyin Çəmlibeldən qaçırıb gətirdiyi Qıratda var. (Paris nüsxəsi, 6-cı məclis)

                                                    *

Koroğlu tez cibindən burğulu sazını çıxardıb köklədi, Həsən paşanın adamlarının qabağını kəsib dedi:

Yanşaq istəyirsinizsə, mən yanşağam.

Nökərlərdən biri Koroğlunun bığlarını görəndə qorxuya düşüb yoldaşına dedi:

– Bu görkəmdə yanşaq olmaz. (Paris nüsxəsi, 9-cu məclis)

                                                   *

Əyə, mən də elə bilmişəm ki, bu doğrudan da igiddi. Sən demə bu yanşaq gəvəzənin birisi imiş. (“Koroğlu ilə Dəli Həsən”)

                                                  *

Qızlardan biri onu görüb, qaçdı Əslinin yanına ki:

– Əsli bacı, bir yanşaq dayanıb bağçanın ağzında, elə yanıqlı-yanıqlı oxuyur ki... (“Əsli və Kərəm”)

                                                                        *

Bura yanşaqlarının geyimi başqa cür olur. Sən gəl bu pulu məndən al! (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası