Ağcabədi, Ağdam, Cəbrayıl, Qarakilsə, Qax, Meğri, Ordubad, Şəki, Zaqatala
Bax: yamşax2. □ Yanşax boş-boş danışar (Ağcabədi); Yanşağ adamnan hamının zəhləsi gedir (Şəki); Aşiğlərin də hamısına yanşax deyərıx; Nüyədidə Xanəli kimin yanşax adam yuxdı (Meğri); Adam da ha vuğartax <bu qədər> yanşağ olarmı? (Zaqatala).
Ağcabədi
Züytutan, züyçü. □ Zurnaçı çalır, yanşağ da ona dəm tutur, barmaxların işdətmir.
Azərbaycan dilinin dialektoloji lüğəti