1. İncəsənət. Plastik və s. materiallardan düzəldilən bəzək. □ Yapma işləri.
2. Sifət kimi: bu cür düzəldilən. □ Yapma bəzək. Yapma naxışlar.
3. Divara yapılan təzək. □ Bir tövlə qayıtdırsan əgər, bir də samanlıq; Mən də sağaram, həm peyinin yapma qayırram. (M.Möcüz).
4. Bax: yapmaq.
5. Sifət kimi: süni, saxta, yalançı, uydurma, qondarma, yalan. □ Yapma gözəllik. Yapma məhəbbət.
Azərbaycan dilinin izahlı lüğəti