Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yarğan

Müvəqqəti su axarlarının (leysan yağışları, qar suları) hündür maili səthdə yaratdığı şırımların tədricən dərinləşməsi, genişlənməsi və şırım boyu yuxarıya doğru inkişafı nəticəsində formalaşan dik yamaclı dərələr.

Y.-ların uzunluğu bir neçə kilometr, eni və dərinliyi isə on metrlərlə ola bilər. Belə dərələr inkişaf edərək yan qolları ilə birlikdə mürəkkəb sistem – Y. relyefi əmələ gətirir. Y. tarazlıq profilinə çatdıqda onun inkişafı dayanır, yamacları tədricən dikliyini itirir, dibi ot, kol bitkiləri ilə örtülür və Y. qobuya çevrilir.

Coğrafiya terminləri lüğəti