1. Dingdə döyülmüş dən. □ Buğda (arpa) yarması. Bir az yarma çək. Yağ ilə yağ qovuşar, yarmalar yavan qalar. (Atalar sözü)
2. Bax: yarmaq.
1. Yarıq. □ Qolu yarma köynək. Yarma cibli şalvar.
2. Yarılmış, ikiyə ayrılmış odun parçalarından hər biri; yarmaça. □ Yarma odun.
Azərbaycan dilinin izahlı lüğəti