Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yastı [yasdı] sifət

1. Səthi düz, üzərində girinti-çıxıntı olmayan. □ Yastı tava daşı. Yastı təpə. Yastı yer.

2. Yatıq, batıq, basılmışkimi olan. □ Yastı burun.

3. Çox qalın və ya hündür olmayan; alçaq. □ Yastı qutu.

Qeyd: yastı... Mürəkkəb sözlərin yastılıq mənasında olan birinci tərkib hissəsi; məsələn, yastıburun, yastıdilli.

Azərbaycan dilinin izahlı lüğəti