Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yastıq [yasdıx] isim

1. Yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıq və ya hava ilə doldurulan dördkünc kisəcik; balış. □ Pərqu yastıq. Üz yastığı. Ağrımayan baş yastığa  gəlməz. (Atalar sözü).

2. Minikdə, mebeldə, yəhərdə yumşaq oturacaq.

3. Elektrotexnika. Maşınların hərlənən və silkələnən hissələri üçün dayaqlıq.

4. Elektrotexnika. Müxtəlif mexanizmlərdə təkanın, zərbənin qüvvəsini azaltmaq üçün onların müxtəlif hissələri altına qoyulan hər cür elastik şey. □ Top yastığı.

5. Elektrotexnika. Arabanın qolu ilə oxu arasına qoyulan ağac. □ Araba yastığı. 

6. Qoşqu heyvanının boynunu sürtməmək üçün boyunduruğun iç tərəfinə bənd edilən yastığa oxşar şey.

Həmçinin bax:

frazeologizm: başı yastığa düşmək frazeologizm: başının altına yastıq qoymaq frazeologizm: bir yastığa baş qoymaq frazeologizm: qara daşı yastıq etmək frazeologizm: yastığı yüngül olsun frazeologizm: yastığının dibini kəsdirmək Azərbaycan dilinin izahlı lüğəti