ərəb. yavar sözündən olub, əvvəllər köməkçi, etibarlı şəxs, inanılmış adam mənalarını ifadə etsə də, sonralar hərbi hissələrdə komandirin köməkçisi (adyutant) mənasında da işlənmişdir.
Yavər Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olsa da, Yavər kişi adı (bax: kişi adı – YAVƏR) ilə qadın adının fərqli mənaları vardır. Yavər qadın adı etibarlı köməkçi, ailənin inanılmış adamı mənasındadır. Azərbaycan xanəndəlik sənətində Yavər Kələntərlinin özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti