1. Yaxşı. □ Yaxşıca gəldin. Yaxşıca yadıma düşdü. Yaxşıca etdin. Yaxşıca cavabını verdin.
2. Yaxşı-yaxşı, lazımi surətdə. □ Bir də görsəydim, yaxşıca diqqət edərdim.. (Ü.Hacıbəyli).
3. Sifət kimi: yaxşı, lazımi surətdə. □ Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca yağlıca bozbaş ilə. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti