Reklam
Reklam

Etimologiya lüğəti

yelin

Bəzi türk dillərində cilim, celim, cilen, celin kimi işlədilir. Ci(ce) isə “su” de­məkdir. Cibin - höyüş deməkdir. Çay (река) sözü də su ilə bağlıdır. Südsu kök­daş sözlərdir. Bəzi dillərdə höyüş (bu, hetlərin sözüdür, mənası “yağış” de­məkdir) sözü çiviş,cuuş kimi işlədilir. Yumaq (мыть) sözü cumaq kimi yazılır və deyilir. Əl silmək üçün olan dəsmal kəlməsi curamal (su malı, suyu silən) kimi ve­rilib, çuxur (su yağılan yer),çürdək, çala(çayda adacıq), çay (su yolu), çiləmək, çi­sələmək, çəllək (su qabı), çuvar, çağış (yağış) sözlərinin hamısı etimoloji ba­xım­dan su anlamı ilə bağlıdır. Deməli, yelin sözü celin, o isə süd (su) qabı, kisəsi kimi anlaşılmalıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti