Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yelli1

Naxçıvan, Şərur, Tovuz

Məc. acıqlı, hirsli. □ Sə:knə gənə çox yellidi (Nax­çıvan).

yelli2

Şəki

Yel xəstəliyinə tutulmuş adam. □ Qara çoxdan yellidi.

yelli3

Bakı, Cəbrayıl, Füzuli, Gədə­bəy, Kürdəmir, Laçın, Sabirabad, Salyan, Şəki

Cəld, tez. □ İşə yelli başda; Oyə yelli get, Bayram (Salyan); Adə, no:lub, nə yelli gedirsən? (Bakı); Yelli gessən çatarsan (Şəki); Maşın çox yelli getdi (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti