Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yengi1

Bakı, Kürdəmir, Meğri, Şamaxı

Təzə, yeni. □ Yengi yetişən oğlandu u; Yengi il, sağlığ olsun, gedər oxumağa (Bakı);  Q:ə yengi getmişdim, çağırdılar (Şamaxı); Yengi il bu vaxt gənə gəlin (Şamaxı); Yengi mövlix'ləri hər gün su­varın ki, qurımasın (Meğri).

yengi2

Göyçay, Qazax, Qax, Şəki

Növbəti il. □ Yengidə çox olajax pambığımız (Qazax); Yengidə kiçiy oğluma toy eləyəcəyəm (Qax); Mə:m əkdiyim ağaşdar yengidə bəhər verəcəg (Göyçay); Əmim bizə bir də yengidə gəlcax (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti