Reklam
Reklam

Məsəllər, deyimlər

YENİ DÜNYA

Amerika qitәsinin XX əsrə qədər olan obrazlı adı.

İfadə ispan kralının Amerikanı kəşf etmiş X.Kolumba bağışladığı gerbin üzərindəki yazıdan qaynaqlanır.

Bu qitәyә «Amerika» adını ilk dәfә 1507-ci ildә alman coğrafiyaşünası Martin Valdzemüller vermişdi. Amerika qitəsinə bu ad mәşhur italyan dәnizçisi Ameriqo Vespuççinin şәrәfinә qoyulmuşdur. A.Vespuççi Kolumbun kәşf etdiyi bu «yeni dünya»ya dәfәlәrlә sәfәr etmiş, onun әtraflı coğrafi tәsvirini vermişdi.

İspan kralı V Ferdinand 1493-cü ildә məşhur səyyah X.Kolumba üzәrində belә bir yazı olan gerb tәqdim etmişdi: «Kastiliya vә Leon üçün Yeni dünyanı Kolumb kәşf etmişdir». Tәdqiqatçıların fikrincә, «Yeni dünya» ifadәsi ilk dәfә burada qitә adı kimi işlәnmiş vә tәdricәn mәşһurlaşmışdır.

«Yeni dünya» ifadәsi formalaşıb mәşhurlaşandan sonra analoji olaraq «Köhnә dünya» ifadәsi işlәnmәyә başlamışdır. Artıq XVIII әsr Amerika әdәbiyyatında Yeni dünya (Amerika) Köhnә dünyaya (Avropaya) qarşı qoyulurdu.

Dilimizdә Amerika qitəsinə ünvanlanan «Yeni dünya» ifadəsi həm bədii ədəbiyyatda, həm də publisistikada uzun illər geniş işlənmişdi.

Məsəllər, deyimlər