Reklam
Reklam

Etimologiya lüğəti

yer

Güman edirik ki, yeryerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yergöy sözləri bir-birinin antonimidir. Göy (köy) “od”, “işıq”, “yanmaq” anlamı ilə bağlıdır. Günəş, Ay, ulduzlar, ildırım aləmi göydür, oddur, işıqdır. Yer isə “ayaqaltı”dır, üzərində hərəkət etdiyimiz məskəndir - ulu türk babalarımız başımızın üstünü göy, ayağımızın altını yer adlandırmaqda heç də səhv etməyiblər. Deməli, yeryerimək eyni sözdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti