►«Daha dәrd-sәrdәn azad olmusan, dünya qayğısı çәkmәyәcәksən» mәnasında istehza ilə işlәdilən ifadə.
İfadə XX əsrin əvvəllərində Salyanda tikilmiş həbsxanada dustaqların vəziyyəti ilə bağlı meydana çıxmışdır.
Keçən əsrin əvvəllərində Salyanda mövcud olan hәbsxanaya cənub bölgəsi tərəfdən tutulanları salırdılar. Həbsxananın özəlliyi onda idi ki, dustaqlar burada gözdən-könüldən uzaq bir məkan kimi haqlarında məhkəmə qərarı olmadan həbsdə yatır və talelərinin necə olacağını bilmirdilər. İfadәnin kinayəli mәcazi mәnası da bu keçmiş hәyat tərzi ilә әlaqәdar meydana çıxmışdır.
İfadə daha çox danışıq dilindә vә әsasәn də ikinci şәxsә müraciətlә «yerin Salyandır» vә ya «yat, yerin Salyandır» şәkillәrindә işlәnir.
Məsəllər, deyimlər