Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

yerlik hal

Haqqında bəhs olunan əşya, iş, hal və hərəkətin ye­rini, məkanını bildirən ismin halı.

Azərbaycan dilində yerlik halın morfoloji əlaməti -da2  şəkilçisidir. Kimdə? nədə? harada? suallarından birinə cavab verir: rayonda, kitabda, ölkədə və s. Cümlədə tamamlıq, yer zərfliyi və xəbərlik şəkilçisi qəbul edərək ismi xəbər olur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti