Reklam
Reklam

Etimologiya lüğəti

yolux

1. Bəzi türk dillərində (məs. Qaqauz dilində) ruscaya заражаться kimi tərcü­mə olunub, ehtimal ki, il kökündən yaranıb (ilişmək kəlməsini yada salın). Mən­bə­­lərdə yoluxmaqyoğurmaq sözləri sinonim kimi işlədilib. Bu baxımdan xəstəliyin yoluxması mikrobun bir şəxsdən digərinə keçməsi (qarışması) kimi də yozula bilər. İkinci bir yolux sözü də var və “baş çəkmək”, “görüşmək” anlamında işlədilir. Bu, yoxlamaq kəlməsinin dəyişmiş formasıdır (bu sözlər, yəni baş çəkməkyoluxmaq) indi də sinonim kimi işlədilir).

2. Mənbələrdə yuquc sözü var və yo­lux­ma mənasında işlədilib. Söz bunun dəyişmiş forması da ola bilər. Başqa yozum da mümkündür: yol (yel) sözü sürətlə getmək anlamını da bildirir. Yoluxmaq “su­rətlə yayılmaq” kimi də başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti