Reklam
Reklam

Tarix terminləri lüğəti

zakuplar

rus. купа – qədim Rus dövlətində: borc

Qədim Rus dövlətində asılı əhali kateqoriyası.

Feodalla xüsusi borc müqaviləsi bağlamış azad kəndlilər Z.-a çevriliblər və əksər hallarda həmin borc qaytarılana kimi feodaldan istehsal alətləri alaraq onun torpağında işləmək məcburiyyətində qalıblar. Lakin Z.-ın öz təsərrüfatları da olub, borcu qaytarmaq məqsədilə onlar sahiblərinin yanında deyil, başqa yerdə də işləyə biliblər. Sahibinin borcunu ödəyən zakupun azad kəndli statusu bərpa edilib. Xoloplardan fərqli olaraq Z.-ı öldürməyə qadağa qoyulub, onların həmçinin öz sahiblərini məhkəməyə vermək hüququ olub. Lakin qaçmağa cəhd edən Z. xolopa çevrilib.

Tarix terminləri lüğəti