Reklam
Reklam

Məsəllər, deyimlər

ZAMAN XEYRİNƏ İŞLƏYİR

Şəraitin, vaxtın kiminsə xeyrinə olduğunu bildirmək üçün işlədilən ifadə.

Deyim ingilis dilindəki məşhur «time is on our side» kəlamından qaynaqlanaraq dünyanın başqa dillərinə keçmişdir.

İfadənin özü isə ilk dəfə İngiltərə parlamentinin deputatı Uilyam Qladstonun çıxışında səslənmişdir. O, icmalar palatasının 24 aprel 1866-cı ildə keçirilən iclasında seçici hüquqlarının genişləndirilməsini müdafiə edən çıxışında belə demişdir: «Gələcəyə qarşı mübarizə aparmaq, onunla döyüşmək olmaz. Zaman bizim tərəfimizdədir». Sonralar ifadə dildən-dilə keçərək «zaman bizim (sizin, onların və s.) xeyrimizə işləyir» şəklində işlənməyə başlanmışdır.

Müasir Azərbaycan dilində bu ifadəyə yaxın olan və «zaman» anlayışı ilə bağlı «zamanı qabaqlamaq», «zamanı çatmayıb», «əsl zamanıdır», «hər şeyin zamana ehtiyacı vardır», «zaman bütün yaraları sağaldır», «dövran filankəslərindir» və bu kimi deyimlər işlədilir.

Məsəllər, deyimlər