Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ZARA

Zahra, Zöhra, Zarifa, Zarina və bu kimi adlara yaxın qadın adlarının XX əsrdə rus dilinin təsiri ilə formalaşmış əzizləmə və oxşama məzmunlu kiçiltmə formasıdır. Sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Zara qadın adı Avropada bu gün də dəbdə olan şəxs adları sırasındadır. Dünyada 2009-cu ilin ən populyar qadın adları siyahısında Zara İngiltərədə 79-cu, İrlandiyada 77-ci, Niderlandda 152-ci, Avstraliyada 24-cü, Sloveniyada 91-ci yerdə və i.a. qərarlaşmışdır. İngilisdilli ölkələrdə Zara ərəb dilindəki Zəhra adı ilə əlaqələndirilir (transkripsiyada Zahrah kimi göstərilir).

Azərbaycan şəxs adlarının izahlı lüğəti