Reklam
Reklam

Məsəllər, deyimlər

ZƏFƏR ÇƏLƏNGİ

►Düşmən üzərində qəti qələbənin qazanıldığını rəmz kimi bildirən ifadə.

İfadə qədim yunan mifologiyasından qaynaqlanır.

Yunanlarda müqəddəs ağaclar siyahısına palmalar – uca, düz gövdəsinin başında yelpikvarı budaqlardan ibarət tacı olan, tropik ölkələrdə bitən həmişəyaşıl ağaclar da daxil idi. Qələbə ilahəsi Nika, adətən, əlində xurma ağacının budağı ilə təsvir olunurdu. Bu təsvir sonralar Avropa rəssamlığında görünməyə başlamışdır.

Qədim Elladada Olimpiya oyunları və digər milli yarışlarda yunanlar qaliblərə təkcə dəfnə çələngi deyil, həm də palma budağı verirdilər. Onlarla habelə mərasim yerlərini və qaliblərin təbrik şənliklərini də bəzəyirdilər.

Qədim yunanların bu ənənəsindən digərləri üzərində şəkk-şübhəsiz üstünlük və qələbə rəmzi kimi qəbul edilən «birincilik palması» ifadəsi yaranmışdır.

Məsəllər, deyimlər