Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zəhlə1

Füzuli, İsmayıllı

Hananın ayağı. □ Hananı qoyannan soğra qəşəy oxu var, o oxu qoyursan, onun zəhləsinə-əyağına (Füzuli).

zəhlə2

İsmayıllı

Öd. □ Qorxudan zəhlən suya döndü.

zəhlə3

Dərbənd

Tağalaq, cəhrədə iyə keçirilən dairəvi gön parçası və ya taxta. □ Bir parçə gün gətirün, zəhlə düzəltüm.

zəhlə4

Zəngibasar

Hövsələ, həvəs. □ Zəhləm yoxdu, sənnən danışam.

Azərbaycan dilinin dialektoloji lüğəti