Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəng [zənk] isim

1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. □ Dəmiryol zəngi.

2. Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov. □ ..yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarma-qarışıq səsindən başqa bir şey eşidilmirdi. (M.S.Ordubadi).

3. Səs siqnalı vermək üçün metal cihaz. □ Qapı zəngi.

4. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. □ Saatın zəngi.

Azərbaycan dilinin izahlı lüğəti