1. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. □ Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. (Qövsi Təbrizi).
2. İsim kimi: zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar. □ Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. (Aşıq Ələsgər).
3. İsim kimi: zər. □ ..Onun şəklini elə toxu ki, nə qardan, çovğundan, nə də yüz il keçəndən sonra vurduğun naxışların zərnişanı solmasın... (Ə.Məmmədxanlı).
4. Ümumiyyətlə bəzəkli. □ Yaşıl nimtənəli, gülgəz qəbalı; Başında dəstarı zərnişan Pəri! (Aşıq Əmrah).