Reklam
Reklam

Tarix terminləri lüğəti

zərxara

Orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda istehsal olunan qiymətli parça növü.

Xara parça üzərinə qızılı saplarla naxış və rəsmlər toxumaqla hazırlanan Z. hələ qədimdən Çin, İran, Suriya və s. ölkələrdə məşhur olub, XV–XVII əsrlərdə isə Avropa ölkələrində (Bizans, İtaliya, İspaniya və s.) də geniş yayılıb. Azərbaycanda Z. istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı və digər şəhərlərdə yerləşib. Z.-dan, əsasən, yuxarı zümrənin nümayəndələri istifadə edib.

Tarix terminləri lüğəti