Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

zevqma

yun. zevqema – birləşmə, əlaqə

Bir cümlə üzvünün bir neçə sintaktik vahidə aid olması.

Burada “sintaktik vahid” dedikdə həmcins cümlə üzvləri və ya tabesiz mürəkkəb cümlənin komponentləri nəzərdə tutulur; məsələn (həmcins cümlə üzvləri):

Quş qanadla uçar, insan diləklə,

Yatır hər ürəkdə min-min arzular. (B.Vahabzadə)

Z., əsasən, zaman və ya ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə özünü göstərir. Burada “ortaq” komponent kimi çox vaxt zaman zərfliyi çıxış edir:

Gül açar, dünya gülər, aləmə nur səpilər,

Sən yadıma düşəndə. (D.Gədəbəyli)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti