Reklam
Reklam

Etimologiya lüğəti

zirə

Alınma sözdür, bizdə onun yerinə çorotu kəlməsi olub. Çor xəstəliyinin müa­li­cə­sində həmin otdan istifadə edilib. Xoş iyli toxumu var və ədviyə kimi indi də ondan istifadə olunur. İndiki ədəbiyyatın yazdığına görə, çor xəstəliyi yalnız bitkilərdə olur, əslində isə, insan və heyvanda da özünü göstərir. Bununla bağlı, çor sözü söyüş kimi də işlədilir (sənə çor dəysin). Güman ki, çor və çər (çərləmək) xəstəliklərinin adı eyni sözə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti