1. Dağın, habelə Yer səthinin hər tərəfi enişli olan ən hündür nöqtəsi.
Dağ Z.-ləri pik, qüllə, diş formalarında olur, bu forma onları təşkil edən süxurların litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərinin intensivliyindən və s.-dən asılıdır. Planetimizin ən yüksək Z.-si Himalay dağlarında yerləşən Comolunqma (8848 m), Azərbaycanda isə ən yüksək Z. Baş Qafqaz silsiləsindəki Bazardüzü (4466 m) Z.-sidir.
2. Hidrologiyada: dalğanın ən hündür nöqtəsi.
Coğrafiya terminləri lüğəti