Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zoddamax1

Borçalı, Daşkəsən, Gədə­bəy, Qazax, Şəmkir, Tərtər, Tovuz

İtiləmək. □ Kotan yerə getmer, aparem, zoddadem ağzını (Qazax); Zoddadınmı bizim baltıyı? (Gədəbəy).

zoddamax2

Zəngilan

Acıqlanmaq, hirslənmək. □ Mə:m üsdümə nə zoddanırsan, sözün var, get özüynən danış.

Azərbaycan dilinin dialektoloji lüğəti