Primitiv, arxaik ev tipi.
Düzbucaqlı planda inşa olunan K.-nın divarları çiy kərpic və ya çubuqhörmə üsulu ilə tikilib, içəridən suvanıb. Üstü qamış, ot və ya küləşlə örtülən K.-dan təsərrüfat tikilisi (saman, küləş, bəzən davar və s. saxlamaq üçün) kimi də istifadə olunub.
Tarix terminləri lüğətifr. commandeur < lat. commando – əmretmə, tapşırma
1. Orta əsrlərdə dini və cəngavər ordenlərində ali rütbələrdən biri (cəngavər-komandor).
2. Mason iyerarxiyasında ali dərəcələrdən biri.
3. Böyük Britaniya, Niderland və bəzi başqa ölkələrdə gəmi dəstəsinin admiral rütbəsi olmayan rəisi (kapitan-komandor).
4. XVIII əsrin əvvəlindən XIX əsrin əvvəlindək Rusiya hərbi dəniz donanmasında I dərəcəli kapitanla IV dərəcəli kontr-admiral arasında rütbə.
Tarix terminləri lüğətilat. comitio < comeo – toplanma, yığılma
Qədim Romada vəzifəli şəxsləri (magistratları) seçmək, qanunlar qəbul etmək, müharibə və sülh məsələlərini həll etmək üçün çağırılan xalq yığıncaqları.
K.-ın 3 növü mövcud olub. Ən qədim kuria K.-ı Roma icmasının tayfa bölgüsü zamanı meydana gəlib. Senturiya K.-ı senturiyalara görə təşkil olunub, əmlak senzinə görə patrisi və plebeyləri birləşdirib. Tribut K.-ı isə plebeylərin triblər (ərazi mahalları) üzrə toplantılarına, sonralar isə bütün vətəndaşların ümumi yığıncaqlarına deyilib. I əsrin sonlarına yaxın K. öz əhəmiyyətini itirib.
Tarix terminləri lüğətiing. commandos – dəstə < lat. commando – əmretmə, tapşırma
1. XIX əsrin sonu – XX əsrin əvvəlində burların ordusunda könüllülər dəstəsi.
2. Müasir dövrdə dünyanın əksər ölkələrinin silahlı qüvvələrində düşmən ərazisində lokal hərbi əməliyyatlar aparmaq üçün nəzərdə tutulmuş xüsusi təyinatlı hərbi hissə.
Tarix terminləri lüğətilat. commendatio – zəmanət vermə, bəyənmə
1. Qədim Romada boş respublika vəzifələrinə senatda öz nümayəndəsini təklif etmək hüququ.
Bu hüquq öncə Yuli Sezar, daha sonra Oktavian Avqust və onun xələfləri tərəfindən mənimsənilmişdi.
2. Erkən orta əsrlərdə Qərbi Avropada özünü başqasının, daha “güclü” şəxsin (patronun) himayəsinə vermək haqqında müqavilə.
Bu halda özünü himayəyə verən tərəf patrondan şəxsi asılılığa düşürdü. K.-nın iki əsas növü olub: vassal tərəfindən senyorun hakimiyyətinin qəbul edilməsi və müflisləşmiş azad insanın (kəndlinin) iri torpaq sahibinin “himayəsi” altına keçməsi.
Tarix terminləri lüğətifr. commune < lat. commūnis – ümumi
1. Ümumi maraqlara, mülkiyyətə və ehtiyatlara malik insanların birgə yaşayıb-işləmək üçün toplandıqları kollektiv, icma; həmçinin belə kollektivlərin məskunlaşdığı yer, ərazi.
İlk K.-lar hələ Qədim Romada yaranıb.
2. Orta əsrlərdə Qərbi Avropada özünüidarə hüququ qazanmış şəhər icması.
3. Böyük Fransa inqilabı dövründə bələdiyyə özünüidarəsi.
4. Bir sıra ölkələrdə (Fransa, İtaliya, Belçika və s.) aşağı səviyyəli inzibati-ərazi vahidini təşkil edən şəhər və ya kənd tipli yaşayış məntəqəsi.
Tarix terminləri lüğətilat. commūnis – ümumi
Marksizm təliminə görə, kapitalizmi əvəz edəcək ən ali ictimai-iqtisadi formasiya.
Bu formasiyanın birinci mərhələsi sosialist, ikinci mərhələsi isə kommunist cəmiyyəti sayılır. Marksizm klassiklərinin fikrincə, sosial bərabərliyə və ümumi firavanlığa əsaslanan K.-də istehsal qüvvələri ən yüksək inkişaf səviyyəsinə çatır, cəmiyyətin sosial təbəqələrə bölünməsi birdəfəlik aradan qalxır, dövlətin, eləcə də pulun tədricən ləğvi prosesi baş verir. K.-in əsas prinsipi – “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” ifadəsində əksini tapır. Bununla belə, SSRİ və sosialist düşərgəsinin digər ölkələrinin acı təcrübəsi göstərir ki, K. yalnız gözəl bir utopiyadır.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. commutatio – dəyişmə, əvəzetmə
Feodal istismarına məruz qalmış kəndlilərin yerinə yetirdikləri biyar mükəlləfiyyəti, eləcə də natural töycünün pul rentası ilə əvəzlənməsi.
K. əmtəə-pul münasibətlərinin inkişafı və bunların feodal kəndinə nüfuz etməsi nəticəsində yaranıb, əsasən, Qərbi Avropa ölkələrinin aqrar münasibətləri üçün səciyyəvi olub.
Tarix terminləri lüğətiisp. comprador – alıcı
Asiya və Afrikanın yarımmüstəmləkə və müstəmləkə ölkələrində formalaşmış, xarici şirkətlərlə daxili bazar arasında vasitəçilik edən yerli burjuaziya nümayəndələri.
K. və onların təşkilatları xaricilərin yerli əhali ilə birbaşa ticarət əlaqələrinin yasaqlandığı və ya xeyli məhdudlaşdırıldığı mühitdə yaranıb. XIX əsrdə, xüsusilə XX əsrdə milli azadlıq hərəkatına qarşı mübarizədə müstəmləkəçilərə dəstək verən bütün yerli burjuaziya nümayəndələrini K. adlandırmağa başlayıblar. Bu baxımdan müstəmləkəçilik əleyhinə mübarizədən imtina K.-ın əsas xüsusiyyətlərindən sayılır.
Tarix terminləri lüğətirus. коммунистический союз молодежи (kommunist gənclər ittifaqı) sözlərinin ilk hecalarından yaradılmış abreviatura
Kommunist partiyasının rəhbərliyini və prinsiplərini qəbul edən gənclər təşkilatı.
Bu ictimai-siyasi təşkilatın tam adı «Всесоюзный ленинский коммунистический союз молодежи» – «Ümumittifaq Lenin kommunist gənclər ittifaqı»dır. SSRİ-də 1918–1991-ci illərdə fəaliyyət göstərmiş K.-a 14-28 yaşlı gəncləri kütləvi şəkildə üzv ediblər.
Tarix terminləri lüğətilat. condominium < con – birgə, müştərək + dominium – sahib olma, hakimiyyət
İki və yaxud daha çox dövlətin eyni ərazini müştərək idarə etməsi, orada ali hakimiyyəti həyata keçirməsi.
Bu üsuldan tarixən eyni əraziyə iddia edən dövlətlər arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün istifadə edilib; məs.: müasir Andorra Fransa ilə İspaniyanın K.-u sayılır. K. həmçinin su ərazilərini də əhatə edə bilər.
Tarix terminləri lüğətiisp. condor
XIX əsrin II yarısı – XX əsrin əvvəlində Cənubi Amerikanın bir sıra ölkələrində (Çili, Kolumbiya, Ekvador) tədavüldə olmuş qızıl və gümüş sikkə.
K. XX əsrin 30-cu illərində qızıl standart ləğv edilənədək tədavüldə olub. Bu sikkə ilk dəfə 1851-ci ildə Çilidə kəsilib. Sonralar ilk ikiqat K. da Çilidə dövriyyəyə buraxılıb. 1925-ci il qanununa əsasən, ikiqat K.-un çəkisi 3,661137 q təmiz qızıl olub.
Tarix terminləri lüğətilat. confoederatio – ittifaq, birlik
1. Suveren dövlətlərin öz müstəqilliklərini saxlamaq şərti ilə konkret məqsədə nail olmaq və birgə hərəkət etmək üçün yaratdıqları ittifaq.
K. üzvlərindən hər biri öz hakimiyyət orqanları sistemini və qanunvericiliyini saxlayır, yalnız məhdud sayda (əksər halda hərbi və xarici siyasət sahəsinə aid) məsələlər üzrə səlahiyyətlərini ittifaq qurumlarına verir. Bu baxımdan ittifaq orqanlarının K.-ya daxil olan dövlətlər üzərində bilavasitə hakimiyyəti olmur, onların qərarları isə yalnız müvafiq dövlətin razılığı ilə həyata keçirilir. Tarixi təcrübə göstərir ki, K.-lar, bir qayda olaraq, son nəticədə ya dağılır, ya da federasiyaya çevrilir. Təsadüfi deyil ki, müasir dövrdə dünyada real K.-ya rast gəlinmir; məs.: İsveçrə rəsmi olaraq K. adlansa da, artıq XIX əsrin ortalarından mahiyyətcə federasiyadır.
2. Ayrı-ayrı müstəqil ictimai, yaxud digər təşkilatların yaratdıqları birlik forması; məs.: həmkarlar ittifaqları K.-sı.
Tarix terminləri lüğəti