Milləti ictimai birliyin ali forması, habelə dövlət quruculuğu prosesinin ilkin şərti hesab edən ideologiya və siyasi cərəyan.
M. müəyyən milli toplumun maraqlarının müdafiəçisi rolunu oynayır. Öz millətinə sadiqlik, onun siyasi müstəqilliyi, maddi və mənəvi yüksəlişi uğrunda mübarizə bu ideologiyanın mahiyyətini təşkil edir. Böyük Fransa inqilabından bəri Avropada, XX yüzillikdə isə dünyanın digər bölgələrində hakim ideologiyaya çevrilən M. çoxsaylı milli dövlətlərin yaranması prosesinin əsasını qoyub. Tarixi təcrübə göstərir ki, cəmiyyətin müxtəlif sosial təbəqələri arasındakı bütün ziddiyyətlərə baxmayaraq, M. ideologiyası onları ümumi milli ideallar uğrunda mübarizəyə səfərbər edə bilir. Dünyanın müstəmləkə əsarəti altında olan bölgələrində milli azadlıq hərəkatları, bir qayda olaraq, M. bayrağı altında baş qaldırıb. Müasir Türkiyə və Azərbaycan dövlətlərinin təşəkkülündə əsas rol oynamış atatürkçülük və müsavatçılıq ideologiyaları M.-in formalarından sayılır. Lakin M.-in bir xalqın digərləri üzərində üstünlüyünü bəyan edən ifrat radikal formaları da (faşizm, şovinizm və s.) mövcuddur. Bununla belə, bütövlükdə M. ideologiyasında demokratik ünsürlər üstünlük təşkil edir.
Tarix terminləri lüğətiƏrazi muxtariyyətinin bir növü, çoxmillətli dövlətlərdə milli məsələnin həlli üsullarından biri.
M-Ə.M. prinsipi unitar dövlətin əhalisinin əksəriyyətini hər hansı milli azlıq nümayəndələrinin təşkil etdiyi hissəsinə, yaxud hissələrinə daxili məsələlərin həllində müəyyən sərbəstlik verilməsini nəzərdə tutur. Bu statusa malik ərazilər inzibati, eləcə də dil və mədəniyyət sahələrinə aid məsələləri sərbəst surətdə həll etmək, yerli dövlət orqanlarını (icraedici və qanunverici) müstəqil şəkildə formalaşdırmaq hüququna sahib olur. Həmin dövlət qurumları mərkəzi hakimiyyətin nəzarəti altında fəaliyyət göstərsə də, öz səlahiyyətləri çərçivəsində qərarlar, qanunvericilik aktları qəbul edə bilir. M-Ə.M. məhdud xarakter daşıyır, belə ki, bu tip muxtariyyətin statusu (səlahiyyətləri) mərkəzi orqanlar tərəfindən müəyyən edilir. İspaniyada Kataloniya, Qalisiya və Basklar ölkəsi, Finlandiyada Aland adaları, Danimarkada Qrenlandiya və Farer adaları öz statusuna görə M-Ə.M.-nə misal ola bilər.
Həmçinin bax:
Tarix terminləri lüğəti1. Fransada (1789, 1848 və 1871-ci illərdə), Almaniyada (1848 və 1919-cu illərdə), habelə bir sıra digər ölkələrdə Müəssislər Məclisinin adı.
2. Fransada III Respublika dövründə (1870–1940) parlamentin hər iki palatasının ölkə prezidentini seçmək məqsədilə keçirilən birgə iclası.
3. Müasir dövrdə bir çox ölkələrdə parlamentin (Fransa, Azərbaycan, Türkiyə, Vyetnam və s.), yaxud onun palatalarından birinin adı.
Tarix terminləri lüğətiHər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü.
M-M.M. müəyyən əraziyə deyil, konkret xalqın nümayəndələrinə (onların hansı ərazidə yaşamalarından asılı olmayaraq) şamil edilir, adətən, azsaylı və ya dağınıq şəkildə məskunlaşmış etnik qrupların maraqlarını qorumaq (milli məktəblərin, kitabxanaların, nəşrlərin, teatrların fəaliyyətinə şərait yaratmaq və s.) məqsədilə tətbiq olunur. Bu növ muxtariyyətin prinsipləri ilk dəfə XX əsrin əvvəlində K.Renner, O.Bauer və Avstriya sosial-demokratlarının digər liderləri tərəfindən irəli sürülüb.
Həmçinin bax:
Tarix terminləri lüğətiXüsusi mülkiyyətdə olan torpağın, bankların, nəqliyyatın və sənaye müəssisələrinin, digər əmlakın dövlət mülkiyyətinə verilməsi.
M. əvəzi ödənilmədən – ekspropriasiya (müsadirə) yolu ilə, eləcə də tam və ya qismən dəyəri ödənilməklə (rekvizisiya) həyata keçirilə bilər. 1917-ci ilin oktyabr çevrilişindən sonra bolşeviklər ölkə ərazisindəki bütün xüsusi mülkiyyəti ekspropriasiya yolu ilə milliləşdiriblər. Bu üsulla M. kommunist rejimləri üçün səciyyəvi sayılır. Dünya praktikasında isə rekvizisiya yolu ilə M. daha geniş yayılıb.
Tarix terminləri lüğətiər. təsanüd – həmrəylik
M.Ə.Rəsulzadə (1884–1955) tərəfindən hazırlanaraq “Müsavat”ın Varşava konfransında (avqust, 1936) qəbul edilən “Yeni proqram əsasları”nda əksini tapmış milli həmrəylik konsepsiyası.
“Müsavat”ın köhnə proqramında cəmiyyətin müxtəlif sosial təbəqə və siniflərə bölgüsü qəbul edilib, bununla yanaşı, zəhmətkeş siniflərin maraqlarının müdafiəsi partiya qarşısında birincidərəcəli vəzifə kimi qoyulub. “Yeni proqram əsasları”nda isə bu problemə fərqli mövqedən yanaşılıb. Mahiyyət etibarilə partiyanın sosial siyasətinin əsas prinsiplərini özündə əks etdirən M.T. konsepsiyası Azərbaycan cəmiyyəti daxilində milli birlik və həmrəyliyin əldə olunmasına yönəlib. Ölkənin bolşeviklərin işğalı altında olduğu nəzərə alınaraq milli istiqlal mübarizəsində cəmiyyətin bütün təbəqələrinin maksimum konsolidasiyasına nail olmaq vəzifəsi ön plana çəkilib.
Tarix terminləri lüğəti1. Azərbaycanın müəyyən fasilələrlə 1918-ci il mayın 27-dən dekabrın 7-nə (parlamentin açılış gününə) qədər fəaliyyət göstərmiş qanunvericilik səlahiyyətlərinə malik ali hakimiyyət orqanı.
M.Ə.Rəsulzadənin (1884–1955) sədr olduğu M.Ş. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edib.
2. 1968–1992-ci illərdə Çexoslovakiya federasiyasında Çexiya və Slovakiya respublikalarının ali nümayəndəli orqanlarının adı.
3. Bir sıra ölkələrdə parlamentin yuxarı (Butan, Namibiya, Nepal), digərlərində aşağı (Avstriya, İsveçrə) palatası.
Tarix terminləri lüğətiər. – mayak
İslam memarlığında müsəlmanları namaza çağırmaq üçün azan qülləsi.
Bir qayda olaraq, M. məscidin yanında inşa edilir və ya onun kompozisiyasına daxil olur. Bu qüllələr dairəvi, çoxüzlü və ya kvadrat formasında tikilir. Məscidin ölçülərindən asılı olaraq müxtəlif sayda M. quraşdırılır. Kiçik məscidlərdə, adətən, bir M. olur. İstanbuldakı sultan məscidlərində M.-lərin sayı 4-dən 6-ya kimi dəyişir. Mədinədəki peyğəmbər məscidində isə daha çox – 10 M. var.
Tarix terminləri lüğəti1. Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda hərbi vəzifə.
Min nəfərlik qoşuna rəhbərlik edən M.-ların xüsusi imtiyazları olub. Müdafiə qalalarına hərbi rəislər, adətən, onlardan təyin edilib. Müharibə dövründə qoşuna qatmaq üçün min nəfərlik hərbi dəstə göndərən əyalət hakimləri, bəzən köçəri tayfa başçıları da M. adlanıb.
2. Türkiyə quru qoşunlarında və hərbi-hava qüvvələrində yüzbaşı ilə albay arasında zabit rütbəsi (türk. binbaşı).
Tarix terminləri lüğətilat. minor – kiçik
Ailənin kiçik üzvünün əmlak üzərində üstün (bəzi hallarda isə müstəsna) vərəsəlik hüququ.
M. prinsipi hüquqa aid qədim hind məcmuələrində öz əksini tapıb, orta əsr Avropa hüququnda da geniş istifadə edilib. Mayoratdan fərqli olaraq M., əsasən, kəndlilər arasında yayılıb.
Tarix terminləri lüğətilat. minuskulus – kiçik
Yalnız minuskullardan, yəni sətri (kiçik) hərflərdən ibarət olan yazı sistemi.
Qədim dövrdə və orta əsrlərdə istifadə olunmuş latın, yunan, o cümlədən Bizans yazıları M.Y.-na aid edilir. M.Y. sürətli yazı növü və ya kursiv xəttinin davamı kimi formalaşıb. M.Y.-nın müxtəlif növləri arasında latın əlifbası əsasında yaranmış Karolinq minuskulu (VIII əsrin sonu – XV əsr) və yunan əlifbası əsasında formalaşmış qotik minuskul (XII–XV əsrlər) daha geniş yayılıb. Yalnız XIII əsrdə latın yazısında mayuskullardan (böyük hərflərdən) istifadə olunmağa başlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti