Urartuluların və Göyçə, Van, Urmiya gölləri arasındakı ərazidə, eləcə də Anadolu yaylasında yerləşmiş qədim Urartu dövlətinin dili.
Bu dildə yazılı abidələr e.ə. IX–VI əsrlərə aid edilir. U.D. (xald, biayn dili də adlanır) hürri-Urartu dilləri qrupuna daxildir. Hazırda o, ölü dil sayılır. U.D.-ndə yazılı mətnlərdə Akkad mixi əlifbasının sadələşdirilmiş formasından istifadə edilib, bəsit qrafik sistem mövcud epiqrafik abidələrdə yalnız 4 sait və 17 samit müəyyənləşdirməyə imkan verib. Lakin bu əlifbanın U.D.-ndəki bütün səsləri əks etdirmədiyi ehtimal olunur. Bizə gəlib çatmış kitabələr əsasında U.D.-ndə 400-ə yaxın sözün mənası dəqiqləşdirilib. Onların arasında xeyli sayda Ön Asiya, Qafqaz və İran dillərindən alınma sözlər var.
Həmçinin bax:
Tarix terminləri lüğətiing. Watergate scandal
ABŞ-da 1972–1974-cü illərdə cərəyan etmiş və respublikaçı prezident R.Niksonun istefası ilə nəticələnmiş siyasi qalmaqal.
O, 1972-ci il iyunun 17-də (prezident seçkilərinə dörd ay qalmış) Vaşinqtonun “Uotergeyt” hotelində Demokratlar partiyasının mənzil-qərargahında dinləmə qurğuları yerləşdirməyə cəhd edən 5 nəfərin saxlanması ilə başlayıb. Təhqiqat zamanı bu cəhdin arxasında Respublikaçılar partiyasının dayandığı aşkarlanıb. U.Q.-nda təqsirləndirilən ABŞ prezidenti R.Nikson impiçment təhlükəsi ilə üzləşərək 1974-cü ilin avqustunda istefa verməli olub. Sonradan siyasi liderlər və yüksəkvəzifəli məmurlarla bağlı digər hay-küylü qalmaqallara da buna uyğun adlar qoyulmağa başlanıb; məs.: “İrangeyt” (XX əsrin 80-ci illərinin sonunda ABŞ administrasiyasının yüksəkvəzifəli şəxslərinin embarqodan yan keçərək İrana gizli şəkildə silah satması), “Qazaxgeyt” (Qazaxıstan və ABŞ məmurlarının korrupsiya əlaqələri), “Monikageyt” (ABŞ prezidenti B.Klintonla Ağ evin əməkdaşı Monika Levinski arasında intim münasibətlər) və s.
Tarix terminləri lüğətilat. unio – birlik
Monarxiya dövlətlərinin bir monarxın hakimiyyəti altında birləşməsi.
Dövlət hüququnda U.-nın iki növü fərqləndirilir: şəxsi U. və real U. Şəxsi U.-da sülalə əlaqələri və vəliəhdlik qaydaları səbəbindən eyni şəxs iki və daha artıq dövlətin monarxına çevrilir; məs.: 1714–1837-ci illərdə İngiltərə və Hannoverin U.-sı. Belə U.-da birləşmiş dövlətlər öz suverenliyini saxlayır, ümumi monarxın hakimiyyəti isə əksər hallarda nominal xarakter daşıyır. Real U. isə müqavilə əsasında (məs.: 1814–1905-ci illərdə İsveç və Norveçin U.-sı), yaxud daha güclü dövlətin birtərəfli qaydada qəbul etdiyi qərar nəticəsində (məs.: 1867–1918-ci illərdə Avstriya və Macarıstanın U.-sı) formalaşır. Beynəlxalq münasibətlərdə real U. vahid suveren dövlət kimi çıxış edir.
Tarix terminləri lüğətilat. uniremus < unus – bir, vahid + remus – avar
Bircərgəli avarlı, göyərtəsiz döyüş gəmisi.
U.-dan antik yunan polislərinin, eləcə də Finikiya, Karfagen və Qədim Romanın donanmalarında geniş istifadə edilib. Su basımı təxminən 50 t-a bərabər belə gəmidə, adətən, 12 cüt avar olub. U. səmt küləyi əsərkən açılan düzbucaqlı yelkənlə də təmin edilib.
Tarix terminləri lüğətilat. universitas – toplam, məcmu, cəm
Müxtəlif elm sahələri üzrə mütəxəssislərin hazırlandığı ali təhsil müəssisəsi.
U.-lərdə, bir qayda olaraq, həm də elmi-tədqiqat işləri aparılır və onlar elmi-tədris kompleksləri kimi fəaliyyət göstərir. Müasir anlamda ilk U. XI əsrdə İtaliyada yaranmış Bolonya hüquq məktəbi (1088) sayılır. Daha sonra Fransada Paris, İngiltərədə Oksford və Kembric, İtaliyada Paduya və Neapol U.-ləri təsis olunub. Şərq ölkələrində isə ilk U.-lər XIX əsrin sonu – XX əsrin əvvəlində Tokio, Pekin və Qahirədə yaranıb. Azərbaycanda U. 1919-cu ildə AXC parlamentinin qərarı ilə Bakıda təsis olunub.
Tarix terminləri lüğətilat. usurpatio < usurpo – zəbt edirəm, ələ keçirirəm
Nəyisə qeyri-qanuni zəbtetmə, yaxud başqasının hüquqlarını zorakı yolla mənimsəmə.
Siyasətdə U. şəxsi diktatura yaratmaq məqsədilə hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi və ya dövlət başçısının səlahiyyətlərinin çevriliş yolu ilə mənimsənilməsinə deyilir. Napoleon Bonapartın 1799-cu il çevrilişi nəticəsində hakimiyyətə yiyələnməsi U.-ya misal ola bilər.
Tarix terminləri lüğətiing. Long parliament
İngiltərə kralı I Karl Stüart tərəfindən 1640-cı il noyabrın 3-də çağırılmış və əslində yenicə başlanmış İngiltərə burjua inqilabının qanunverici orqanına çevrilmiş parlament.
Gödək parlamenti əvəzləyən U.P. 12 ildən çox (adı da buradan yaranıb) fəaliyyət göstərib və 1653-cü il aprelin 20-də lord-general O.Kromvel tərəfindən buraxılıb.
Tarix terminləri lüğətiQədim Yunanıstanda dəniz sahilindən kənarda yerləşən şəhərləri limanlarla birləşdirən fortifikasiya qurğuları.
Dəniz vasitəsilə ərzaq və digər zəruri malları əldə etmək imkanı verən bu qurğular şəhər sakinlərinin qurudan uzunmüddətli mühasirəyə davam gətirməsinə şərait yaradıb. Korinf şəhərini Lexe limanı, Arqosu Temeni limanı ilə birləşdirən U.D. mövcud olub. Ən məşhur U.D. isə Afinada inşa edilib. Təxminən e.ə. 460-cı ildə tikintisinə başlanan bu divarlar Afinanı əhatə etməklə yanaşı, həm də onu 6 km aralı yerləşmiş liman şəhəri Pireylə birləşdirib. Müharibələr zamanı bütün Afina vətəndaşları bu möhkəmləndirilmiş rayonda sığınacaq tapa biliblər. Eyni zamanda mühasirə vaxtı həmin divarlar Afinanın dənizlə əlaqəsini təmin edib. Peloponnes müharibəsində e.ə. 404-cü ildə afinalılar spartalılar tərəfindən məğlub edildikdən sonra U.D. uçurulub, lakin e.ə. 393-cü ildə yenidən bərpa olunub.
Tarix terminləri lüğətiQədim uyğur dilində səslərin qrafik xətlə qeydiyyatı üçün I minilliyin sonunda yaradılmış yazı sistemi.
Suriya-arami yazılarından birinin əsasında formalaşdırılmış bu əlifba ilə mətnlər yuxarıdan aşağıya, soldan-sağa şaquli istiqamətdə tərtib edilib. U.Ə.-nda 22 hərfdən hər biri sözdəki yerinə (əvvəldə, ortada, sonda) uyğun olaraq üç şəkildə yazılıb. XI–XII əsrlərdə uyğurların istifadə etməyə başladıqları ərəb əlifbası tədricən onların öz əlifbasını sıxışdıraraq tətbiq dairəsini daraldıb. Lakin U.Ə.-ndan XVIII əsrin əvvəlinədək, Çində yaşayan sarı uyğurlar isə XIX əsrdə də istifadə ediblər. XIII əsrdə U.Ə. monqollar tərəfindən mənimsənilib və monqol dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılıb. Çinin Monqolustan muxtar rayonunda bu əlifba indiyədək işlədilir. Mancurlar da U.Ə.-nı monqollardan götürüb və XVIII əsrədək istifadə ediblər.
Tarix terminləri lüğətiİspaniyaya və daxili feodal-katolik irticasına qarşı 1579-cu il yanvarın 23-də Utrextdə Şimali Niderlandın əvvəlcə beş, sonra yeddi əyalətinin bağladığı ittifaq.
U.U. müstəqil dövlət kimi Birləşmiş Əyalətlər Respublikasının (1581–1795) mövcudluğunun əsasını qoyub.
Tarix terminləri lüğəti