türk. basmak – hücumetmə, tapdalama, basma
XX əsrin 20–30-cu illərində Mərkəzi Asiya respublikalarında sovet hakimiyyətinə qarşı silahlı milli müqavimət hərəkatının iştirakçıları.
B. adını onlara sovet mətbuatı verib. Əslində isə onlar özlərini mücahidlər adlandırıblar.
Həmçinin bax:
Tarix terminləri lüğətiRusiyada 1917-ci il fevral inqilabından sonra formalaşmış və əsasını Mərkəzi Asiyanın yerli əhalisi təşkil edən hərbi-siyasi hərəkat.
Milli azadlıq xarakteri daşıyan B.H. 20-ci illərin əvvəlində xüsusilə geniş vüsət alıb. Bu dövrdə partizan taktikasından və yerli əhalinin dəstəyindən istifadə edən basmaçılar sovet ordusuna ciddi zərbələr endiriblər. Sovet hakimiyyəti yalnız 30-cu illərin əvvəlində B.H.-nın əsas qüvvələrini zərərsizləşdirə bilib. Ayrı-ayrı basmaçı dəstələrinin müqaviməti isə 1942-ci ilə kimi davam edib.
Tarix terminləri lüğətifr. États Généraux – Baş Ştatlar
XIV–XVIII əsrlərdə Fransa və Niderlandda müxtəlif silk nümayəndələrinin ali orqanı.
Bu orqan Fransada ruhani, zadəgan və şəhər əhalisini təmsil edən deputatlardan təşkil olunub. B.Ş., adətən, vergi və maliyyə yardımı toplamağa deputatlardan razılıq almaq üçün kral tərəfindən çağırılıb (ilk dəfə 1302-ci ildə). Kral hakimiyyətinin maliyyə yardımına xüsusi ehtiyac duyduğu Yüzillik müharibə (1337–1453) dövründə B.Ş.-ın əhəmiyyəti xüsusilə artıb. Lakin mütləqiyyətin güclənməsi ilə əlaqədar 1614–1789-cu illərdə B.Ş., ümumiyyətlə, çağırılmayıb. Sonuncu dəfə o, siyasi böhranla əlaqədar, Böyük Fransa inqilabının başlanması ərəfəsində, 1789-cu il iyunun 17-də toplanıb. Müasir dövrdə Niderland krallığında parlament B.Ş. adlanır.
Tarix terminləri lüğəti1. Azərbaycanda və Qafqazda geniş yayılmış kişi baş geyimi.
B. papağın üstünə örtülən hissədən və boyuna sarınan iki uzun qanaddan (qoldan) ibarət olub, əsasən, dəvə yunundan toxunmuş parçadan hazırlanıb.
2. Keçmişdə qadınların baş örtüyü altından qoyduqları qızıl və ya gümüşü bəzək.
Cütqabağı, gəlintacı da adlanıb.
3. Gəlin köçürülərkən oğlan evindən qız evinə verilən pul və ya mal.
Bir sıra xalqlarda bu adət hələ də qalmaqdadır.
Tarix terminləri lüğətialm. bundschuh – kəndli başmağı
XV əsrin sonu – XVI əsrin əvvəlində Cənub-Qərbi Almaniyada gizli ittifaqların adı.
Belə ittifaqların bayraqlarında kəndlilərin feodal və knyazlara qarşı mübarizə simvolu olan qaytanlı başmaq təsvir edilib. Həmin gizli təşkilatlardan ən məşhuru Elzas ittifaqı (1493) hesab olunur. B.-çılar feodal zülmünə qarşı çıxaraq Almaniyanın birləşdirilməsini tələb ediblər və Almaniyada kəndli müharibəsinin (1524–1526) hazırlanmasında mühüm rol oynayıblar.
Tarix terminləri lüğətiHökumət başçısı, Nazirlər Kabinetinin sədri.
Bir qayda olaraq, B.N. postuna namizədi dövlət başçısı irəli sürür və o, parlament tərəfindən təsdiqlənir. B.N. hökumətin fəaliyyətinə gündəlik rəhbərlik və inzibati aparata başçılıq funksiyasını yerinə yetirir. Adətən, B.N. parlamentdə çoxluq təşkil edən partiyanın rəhbəri, yaxud partiyalar koalisiyasının lideri olur. Bu səbəbdən bir çox hallarda o həm də parlamentdəki hakim fraksiyanın rəhbəri sayılır. Bəzi ölkələrdə (məs.: Almaniyada) hökumət başçısı kansler adlanır.
Tarix terminləri lüğətitürk. başıbozuk – hərfi tərcüməsi “başdan xarab” olsa da, “idarəolunmaz”, “qeyri-mütəşəkkil” mənalarında işlənib
Osmanlı imperiyası dövründə nizami ordunun tərkibinə daxil olmayan könüllülər dəstəsinin döyüşçüsü.
Hökumət onları ərzaq və silahla təchiz etsə də, B. dövlətdən məvacib almayıblar. Avropa ölkələri ilə aparılan müharibələrdə B.-dan istifadə taktikası, adətən, özünü doğrultmayıb. Onların döyüş qabiliyyətini artırmaq və nizam-intizamını möhkəmlətmək üçün dəvət olunan Avropa generallarının səyləri də bir nəticə verməyib. B.-ın dinc əhaliyə qarşı soyğunçuluq və zorakılığının qarşısını almaq məqsədilə çox vaxt türk nizami qoşunları onları tərk-silah etmək üçün cəlb olunub. Bu səbəblərdən 1877–1878-ci illər rus-türk müharibəsindən sonra B. dəstələri ləğv edilib.
Tarix terminləri lüğətiAzərbaycanda xanlıqlar dövründə (XVIII əsr) adambaşına, əsasən, kişilərdən alınan can vergisi.
Evlilərdən ikiqat artıq B. alınıb, onun konkret həcmi isə qeyri-müəyyən olub. B. Bakı və Qarabağ xanlıqlarında otaqxərci, Naxçıvan xanlığında evpulu, Şəki xanlığında tüstüpulu adlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiAğqoyunlu tayfalarından biri.
B. Ağqoyunlu tayfa ittifaqının yaradılması, möhkəmləndirilməsi, ərazisinin genişləndirilməsi uğrunda mübarizədə fəal iştirak ediblər. XIV əsrin əvvəlində Qarabağda və Göyçə gölü ətrafında yaşayıblar. Ağqoyunlu tayfa ittifaqının rəhbərləri və Ağqoyunlu dövlətini (1468–1501) idarə etmiş eyniadlı sülalənin hökmdarları, onların qvardiyasının üzvləri bu tayfadan olublar. Azərbaycan xalqının təşəkkülündə B. tayfası mühüm rola malikdir.
Həmçinin bax:
Tarix terminləri lüğətiəski türk. bayat – varlı, dövlətli, zəngin
Oğuz mənşəli türk tayfası.
Eramızın ilk yüzilliklərinə aid “Oğuz Xaqan dastanı”nda B. 24 oğuz boyundan biri, Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərində (XI əsr) isə 22 oğuz bölüyündən doqquzuncusu kimi göstərilir. IX–X əsrlərdə oğuzların tayfa ittifaqına başçılıq edən tayfalardan biri də B. olub. Oğuz tayfaları ilə birlikdə B. IX əsrin II yarısında Azərbaycana gəliblər. Eyni zamanda onlar İranda, Anadoluda, İraqda da məskunlaşıblar. Azərbaycanda yaşayan B. yerli əhali ilə qaynayıb-qarışıblar. Ağcabədi, Salyan, Ucar və Şamaxı rayonlarında B.-la bağlı toponimlər var.
Tarix terminləri lüğətiOrta əsr şəhərlərinin qala divarlarından xaricdəki hissəsi.
Şəhər əhalisinin ticarət və kənd təsərrüfatı ilə məşğul olan təbəqəsi, adətən, B.-lərdə yaşayıb. B.-lərdə binalar plansız, sərbəst şəkildə tikilib, burada çoxlu bağlar salınıb. Orta əsr Bakısının İçərişəhərdən kənar hissəsini B.-ə nümunə göstərmək olar.
Tarix terminləri lüğəti1. Azərbaycanda feodalların xeyrinə kəndlilərdən alınan vergi.
B. XIV əsrdən tətbiq olunub, həm natural formada, həm də pulla alınıb, daha çox Novruz və Qurban bayramlarında toplanıb.
2. Qohum və dostların bayram münasibətilə bir-birinə yolladığı, həmçinin toya qədər bütün bayramlarda, ilk növbədə, Novruzda oğlan evinin nişanlı qızın evinə göndərdiyi sovqat.
Tarix terminləri lüğəti