lat. aera – başlanğıc rəqəm
1. Xronologiyada hər hansı əlamətdar, yaxud əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc nöqtəsi.
Vaxtın ardıcıl hesabı həmin andan aparılır. Xristian E.-da («bizim E.») illər İsa Məsihin anadan olduğu gündən hesablanır; müsəlman E.-sı isə («hicri») Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə hicrəsi ilə başlanır.
2. Tarixi inkişafda öz mahiyyəti ilə, habelə həmin dövrdə baş vermiş hadisələrə görə özündən əvvəlki zaman kəsiyindən fərqlənən mərhələ.
Epoxaya nisbətən E. daha böyük zaman kəsiyini əhatə edir.
3. Geologiyada eonların bölündüyü geoxronoloji vaxt vahidi.
Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eon – Fanerozoy – üç eraya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy. Lakin birinci eonun (Kriptozoy) era bölgüsündə elmdə vahid mövqe yoxdur. Bəzi geoloji vaxt xəritələrində o, üç (Heyden, Arxey, Proterozoy), digərlərində iki (Arxey və Proterozoy) hissəyə ayrılır, ya da üçüncü E. fərqli adlandırılır: Katarxey.
Tarix terminləri lüğətiXronoloji cəhətdən feodal monarxiyasının ilk forması.
E.F.D.-i quldarlıqdan (Cənubi Avropa, Şimali Afrika, Ön və Orta Asiya, Hindistan və Çində), yaxud da ibtidai icma quruluşundan (Avropanın qərbi, şimalı və şərqində) feodalizmə keçid dövründə formalaşıb. Hərbi demokratiya şəraitində silahlı dəstələrinə arxalanan hökmdarlar tədricən seçkili sərkərdələrdən dövlət başçılarına çevriliblər və ali hakimiyyəti irsən ötürməyə başlayıblar. Vəzifəli şəxslərin, əyalətlərdə canişinlərin təyinatı da onun səlahiyyətinə keçib.
Tarix terminləri lüğətiQərbi Roma imperiyasının süqutu ilə başlayan və təxminən 5 əsr (476–1000-ci illər) davam edən tarixi dövr.
E.O.Ə. dönəmində Xalqların böyük köçü baş verib, islam sivilizasiyasının əsası qoyulub, Şimali Afrika və İspaniya da daxil olmaqla böyük əraziləri əhatə edən Ərəb xilafəti yaranıb, özünün ən qüdrətli çağlarında Avropanın xeyli hissəsini əhatə edən Frank imperiyası formalaşıb, vikinqlər tarixi səhnəyə çıxıblar və s.
Tarix terminləri lüğətilat. erqastulum – emalatxana, daş karxanası
Qədim Romada təhlükəli və suçu olan qulların saxlandığı xüsusi həbsxana.
Bir qayda olaraq, torpağın altında yerləşən və üstüörtülü böyük çalaya bənzəyən E. qulların işləməsi və yatması üçün lazımi ölçülərə malik olub. Quldarlıq malikanələrinin belə ənənəvi tikililəri eramızın II əsrində imperator Adrian tərəfindən qadağan edilib. Qədim Romada bəzən malikanədəki qulların məcmusu da E. adlanıb.
Tarix terminləri lüğətiing. escalation – hərfi mənası: nərdivanla yuxarı dırmanma
Genişlənmə, güclənmə, kəskinləşmə; məs.: münaqişənin E.-sı, silahlanmanın E.-sı, korrupsiyanın E.-sı.
E. termini “soyuq müharibə“ dövründə sosialist və kapitalist sistemləri arasında qarşıdurmanın kəskinləşməsi anlamında geniş istifadə olunub.
Tarix terminləri lüğətifr. èchafaud – meydança, səhnə
Edam cəzalarının həyata keçirildiyi taxta meydança.
Orta əsrlərdə geniş yayılmış E.-lar kütlənin edam prosesini yaxşı müşahidə etməsi üçün hündür səhnə formasında düzəldilib və bir qayda olaraq, şəhərlərin mərkəzi meydanlarında ucaldılıb. XIX əsrin sonunadək bir sıra Avropa ölkələrində mövcud olan E.-lardan II Dünya müharibəsi dövründə də istifadə edilib.
Tarix terminləri lüğətifr. èchelon – pillə, səviyyə
1. Döyüş nizamının cəbhə boyunca deyil, dərininə bölünmüş hissəsi və ya hərəkət zamanı ayrıca qoşun dəstəsi.
2. Dövlətin ardıcıllıqla düzülmüş silahlı qüvvələrinin növbəti qruplaşması.
3. Bir yerdən başqa yerə daşınmaq üçün hər hansı nəqliyyat vasitəsində (qatar, gəmi, avtomobil karvanı və s.) yerləşdirilmiş qoşun hissəsi, həmçinin belə nəqliyyat vasitəsi.
Tarix terminləri lüğətirus. cоциалисты-революционеры – «sosial-inqilabçılar» ifadəsində sözlərin baş hərflərinin oxunuşundan yaradılmış abreviatura
1901–1923-cü illərdə Rusiyada sosialist-inqilabçılar partiyasının üzvləri.
XIX əsrin 90-cı illərində fəaliyyət göstərən xalqçılıq dərnək və qruplarının əsasında yaranmış partiyanın əsas tələbləri – mütləqiyyətin ləğvi, demokratik respublika, torpağın kəndli icmalarına verilməsi, əsas hüquq və azadlıqların təmin edilməsi və s. olub. E. bu məqsədlərə çatmaq üçün leqal mübarizədən terrora qədər müxtəlif metodlardan istifadə ediblər. Rusiyada mütləqiyyətin devrilməsində onların xüsusi rolu olub. Partiya 1917-ci il Fevral inqilabından sonra Rusiyanın ən nüfuzlu siyasi təşkilatına çevrilib və həmin ilin sonunda Müəssislər Məclisinə keçirilən seçkilərdə qalib gəlib. Bundan təşvişə düşən bolşeviklər E.-ə qarşı kütləvi repressiyalara başlayıblar və 1923-cü ilə kimi partiya faktik olaraq məhv edilib.
Tarix terminləri lüğətiendoetnonim – eestlased
Müasir Estoniya əhalisinin əksəriyyətini təşkil edən Baltik-fin mənşəli xalq.
Antropoloji cəhətdən böyük Avropa irqinin atlant-Baltik tipinə aid edilirlər. Fin-uqor (Ural) dil ailəsinin Baltik-fin qrupuna daxil olan eston dilində danışırlar. XVI əsrdən başlayaraq yazıda latın qrafikasından istifadə edirlər. Dindarların böyük əksəriyyəti lüteran, bir qismi isə pravoslavdır. Qərbi Avropa mənbələrində E.-ın adına ilk dəfə bizim əsrin başlanğıcında “aestii” formasında rast gəlinir. Doğrudur, həmin dövrdə bu termin Baltik sahillərində yaşayan bütün xalqlara şamil olunub. Lakin “estlər” termininin mənası getdikcə daralıb və X əsrdən başlayaraq yalnız E.-a aid edilib. Bəzi ehtimallara görə, bu etnonim Baltik dillərində “suyun kənarında yaşayan əhali” mənasını verən “aueist” sözündən yaranıb. E.-ın dünyadakı ümumi sayı 1,1 milyona çatır.
Tarix terminləri lüğətiXV əsrdən XIX əsrin əvvəllərinə qədər Azərbaycanda şahın, yaxud xanın sarayında yüksəkvəzifəli məmur.
Səfəvilər dövründə E. sarayda toy, məclis və mərasimlərin keçirilməsinə, elçi və qonaqların qəbul edilməsinə, xanlıqlar dövründə isə xanlığın daxili işlərinə, ictimai tikintilərə, malikanənin idarə olunmasına və s.-yə nəzarət edib. XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqif bir müddət Qarabağ xanlığının E. olub.
Tarix terminləri lüğətiyap. – bol çirkab
Feodal Yaponiyasında ən aşağı kasta.
Bu sosial qrup Yaponiyada buddizmin yayılması və feodal münasibətlərinin formalaşması dövründə (IV–VII əsrlərdə) yaranıb. Həmin kastaya, buddizmə görə, ən “çirkin” peşələri yerinə yetirənlər (məsələn, sallaqxana işçiləri, dəri aşılayanlar) aid edilib. Onlar tamamilə hüquqsuz olublar və ayrıca ərazidə yaşayıblar. 1871-ci ildə E. sosial kateqoriya kimi rəsmən ləğv edilib, lakin müasir dövrdə onun «burakumin» (hərfi tərcüməsi – qəsəbə sakini) deyilən nümayəndələrinə münasibətdə ayrı-seçkiliyin təzahürləri hələ də özünü göstərir.
Tarix terminləri lüğətifr. ètatisation – dövlətləşmə
Cəmiyyətin bütün sahələrinə, ilk növbədə, iqtisadiyyata dövlətin və onun qurumlarının ekspansiyası prosesi, dövlətləşmə.
E.-nın məqsədi dövlətin iqtisadiyyatda, eləcə də sosial və mədəni sahələrdə hegemon rolunun təmin olunmasıdır.
Həmçinin bax:
Tarix terminləri lüğətifr. ètat – dövlət
Dövləti ictimai inkişafın ali məqsədi və nəticəsi olaraq qiymətləndirən siyasi dünyagörüşü və ideologiya.
E. dövləti bütün digər qurumların fövqündə görür, onun cəmiyyətdəki rolunu mütləqləşdirir, ayrı-ayrı fərdlərin və qrupların maraqlarının maksimum dərəcədə dövlətin maraqlarına tabe etdirilməsini vacib sayır. Bu termini ədəbiyyata XIX əsrin sonunda isveçrəli dövlət xadimi N.Dro gətirib. Dövlət kapitalizminin təzahür formalarından biri olan E. Türkiyə Cümhuriyyətinin ilk dövrlərində rəsmi siyasətin təməl prinsipləri sırasına daxil edilib. Hələ 1922-ci ildə strateji əhəmiyyətli müəssisə və idarələri dövlətləşdirməyi təklif edən Mustafa Kamal Atatürk 1931-ci ildə həmin prinsipin hakim Cümhuriyyət Xalq Partiyasının proqramına salınmasına nail olub. Ölkənin rəsmi iqtisadi doktrinası kimi E. Türkiyə Cümhuriyyətinin 1937-ci il konstitusiyasında da əksini tapıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti