lat. scorpionida
Hörümçəkkimilər sinfinin dəstələrindən biri.
Uzunluğu növündən asılı olaraq 4-18 sm olur. Dünyanın tropik, subtropik, səhra, meşə zonalarında 600-dək, Azərbaycanda isə 1 cinsi aid olan 3 növü yayılmışdır: yoğunquyruq Ə., ala Ə. və Qafqaz Ə.
Biologiya terminlərinin izahlı lüğətiBitkinin gövdə və yarpaqlarından əmələ gələn kök.
Ə.K. kol və ağaclarda rast gəlinir. Ə.K.-lər əsasən istinad orqanıdır; bitkinin substrata ilişməsinə yardımçı olur. Məsələn, üzümün Ə.K.-ləri. Ə.K. həmçinin tənəffüs və hava kökləri funksiyasını da yerinə yetirə bilər. Məsələn, səhləbin hava kökləri.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiEmbrional toxumanın böyümə nöqtəsindən deyil, bitkilərin nisbətən köhnəlmiş hissələrindən əmələ gələn və qeyri-adi yerlərdə inkişaf edən orqanlar.
Məsələn: köklərdə, yarpaqlarda, budaqların düyünarasında olan əlavə tumurcuqlar; gövdə və yarpaqlarda olan əlavə köklər).
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiÇiçəkli bitkilərdə son divarcıqları çoxlu hərtərəfli perforasiyası olan ələkvari yarpaq ayasına çevrilmiş keçirici floema elementləri.
Yan divarcıqlarda perforasiyalar olmur. Sadə, adətən üfüqi yarpaq ayalarında ələkvari sahə bir, mürəkkəb, maili yarpaq ayalarında isə belə sahələr bir neçə olur. Ə.B. cəmi bir neçə il fəaliyyət göstərirlər, bundan sonra ələklər kalloz ilə tıxanırlar.
Biologiya terminlərinin izahlı lüğətiBitkilərdə üzvi maddələri ötürən toxuma növü.
Canlı hüceyrələrdən təşkil olunmuşdur. Ə.B.-ı əmələ gətirən hüceyrələr nəqliyyat funksiyası yerinə yetirir. Fotosintez zamanı bitkinin yarpaqlarında əmələ gələn nişasta və digər üzvi maddələr bitki gövdəsinin qabığında yerləşən Ə.B. vasitəsi ilə bitkinin digər orqanlarına və köklərinə qədər ötürülür. Qabığı soyulmuş gövdədə Ə.B. olmadığına görə ağ kütlə şəklində fırın əmələ gəlməsi nəqliyyat funksiyasının pozulması nəticəsində baş verir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. capreolus
Cütdırnaqlılar dəstəsinin dolubuynuzlular (marallar) fəsiləsindən gövşəyən heyvan cinsi.
Yüngül və yaraşıqlı bədəninin uzunluğu 1,5 m, çəkisi 25-60 kq olur. Əsasən erkəklərdə ucu üçşaxəli buynuz olur. Buynuzları oktyabr-dekabr aylarında düşür və 3-4 həftədən sonra yenisi ilə əvəz olunur. Dişi fərdlərdə buynuz olmur. Dişisi 2, nadir hallarda 3 bala verir. Boğazlıq dövrü 6 aydır. Cinsin nümayəndələrinin rəngi yayda kürən, qışda boz olur. 4 yarımnövü məlumdur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti