yun. “physis” – təbiət, “logos” – elm
Biologiyanın orqanları, orqanlar sisteminin, hüceyrə və toxumaların, ümumilikdə isə vahid orqanizmin iş prinsipini öyrənən sahəsi.
Həyati proseslərin normaları sərhədlərini – normal F. və onlardan kənaraçıxmaları pato F. öyrənir. F. canlı orqanizmin fəaliyyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini tədqiq edir. F. sistemli münasibət icra edən elm olub orqanizmi və onun hissələrini bir sistem kimi tədqiq edir. Azərbaycanda da fiziologiya elmi XX əsrin birinci yarısından inkişafa başlamışdır. F. inkişafında M.M.Təbrizinin, İ.İbrahimovun, H.Zərdabinin, Ə.Hüseynzadənin və akademik Abdulla Qarayevin xüsusi xidmətləri olmuşdur.
Biologiya terminlərinin izahlı lüğətikauçuk
Çoxçeşidli sortları olan 35-40 sm hündürlüklü işıqsevən dekorativ otaq bitkisi.
F.R. otaq bitkiləri arasında ən geniş yayılanlarından biridir. Yetişmə dövründə bitkinin suya olan tələbatı çoxdur.Yazdan payızadək bitki vaxtı-vaxtında sulanmalıdır, lakin dibçəyindəki torpaq həmişə yaş olmamalıdır. Çünki bu bitkinin kökünün çürüməsinə səbəb olur. Sentyabr ayının əvvəlində sulama tədricən azaldılır, qışda isə 10 gündən bir sulamaq kifayətdir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. testudo
Tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsindən heyvan cinsi.
F.T. nəhəng tısbağalar da deyilir. Əsasən Qalapaqos və Aldabra adalarında yaşayan 2 növü məlumdur: əsl F.T. və nəhəng F.T. Zirehinin uzunluğu 1-1, 5 m, hündürlüyü 0,5 m, çəkisi isə 100 kq (bəzən 400 kq) olur.
Biologiya terminlərinin izahlı lüğəti