Soxulcanın qıfşəkilli borucuqlarından ibarət ifrazat orqanları.
yun. “meta” – sonra, “fazis” – meydana çıxmaq
Hüceyrənin və nüvənin bölünməsinin ikinci mərhələsi.
M. zamanı nüvə qılafı əriyir, xromosomlar hüceyrənin ekvator sahəsində düzülürlər.
yun. “meyozis” – azalma, əksilmə
Yetişmiş cinsi hüceyrələrin (qametlərin) bölünmə prosesi.
M. nəticədə xromosom sayı 2 dəfə reduksiya olunur (azalır). Bu zaman haploid saylı xromosomu olan cinsiyyət hüceyrələri – qametlər əmələ gəlir.
Həmçinin bax:
Həzm borusunda selikli qişanın altında yerləşən sinir kələfi.
Əsas funksiyası saya əzələlərdə selikli və selikaltı qişada olan vəzilərin şirə ifrazını idarə etməkdir.
Çiçəkli bitkilərdə yumurta hüceyrəsinin mayalanmasından sonra yumurtalıqdan əmələ gəlmiş törəmə.
M. toxumların yaranmasına, mühafizəsinə və yayılmasına xidmət edir. Bəzi M.-lərdə toxum əmələ gəlmir.
Yumurtalığın divarının böyüməsi və şəkildəyişməsindən əmələ gələn və toxumu əhatə edən meyvə hissəsi.
Kökün yeraltı şəkildəyişməsi.
M.-ə turp, yerkökü, çuğundur və s. bitkilərdə rast gəlinir.
yun. “mezos” – orta, aralıq; “derma” – dəri
Çoxhüceyrəli heyvanlarda və insanda rüşeym vərəqinin orta qatı.
M. süngərlər və bağırsaqboşluqlarda olmur.
İnsanlar tərəfindən yaradılan və becərilən bitki formaları.
Müəyyən vaxtda və məkanda orqanizmin (fərd, populyasiya, biosenoz) yaratdığı məhsulun biokütləsi və ya miqdarı.
Produsentlər ilk, konsumentlər isə sonrakı məhsulu yaradır.
Hansısa canlı növünün əcdadı, hansı orqanizmlərdən əmələ gəlməsi.
Taksonun ilk dəfə əmələ gəldiyi ərazi.
Canlıların inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr.
Eyniadlı fəsiləyə aid bitki növü.
Çiçəkləri qırmızımtıl ağ rəngdədir. Boyu 8-15 sm-ə qədərdir. May və iyun aylarında çiçəkləyir.
smilacaceae
Liliid yarımsinfinin zanbaqçiçəklilər sırasından birləpəli bitki fəsiləsi.
Nümayəndələri lianlardır. M. cinsinin Azərbaycan meşələrində hündür M. növünə təsadüf olunur.