Ən kiçik sistematik takson.
N. həm də qohumluğun təsnifat vahididir. Canlı təbiətin tarixi inkişafının müəyyən mərhələsində əmələ gələn, müəyyən tarixi dövrdə yaşayan, zəruri saya malik, əlamət və xüsusiyyətləri oxşar olan fərdləri bir-biri ilə sərbəst cütləşərək döllü nəsil verən, müəyyən ekoloji şəraitə uyğunlaşmış və coğrafi ərazidə yayılmış canlılar (bitkilər, mikroorqanizmlər və heyvanlar) qrupu N.-ü xarakterizə edir.
Biologiya terminlərinin izahlı lüğətiCanlı təbiətdə geniş yayılmış bioloji aktiv biopolimerlər.
N.T. əsasən 2 tipə ayrılır: dezoksiribonuklein turşusu (DNT) və ribonuklein turşusu (RNT). Tərkibi karbohidratdan purin və pirimidin əsaslarından ibarət olur. Bioloji əhəmiyyəti genetik kodu (irsi informasiyaları) saxlamaq və nəsildən nəslə ötürməkdir. İlk dəfə İsveçrə alimi İ.F.Mişer tərəfindən qızılbalığın hüceyrə nüvəsində kəşf edilmişdir. N.T. adı da buradan (lat. “nucleus” – nüvə) götürülmüşdür.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti