Məməlilər sinfinin gəmiricilər dəstəsinə aid olan növ.
Xarici quruluşuna görə siçovula bənzəyir. Böyük O.-ların çəkisi 1,8 kq-a çatır. Bədəninin uzunluğu 23-36 sm-ə, quyruğu isə 18-28 sm-ə qədərdir. Şimali Amerikada, Meksikada, Avrasiyada geniş yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin primatlar dəstəsindən meymun növü.
O.-lar böyük heyvanlardır. Erkəklərin boyu 1,5 m-ə, çəkisi 50-90, bəzən 100 kq-a çatır. Başı böyükdür. Yeni doğulmuş O.-ın çəkisi 1,5-2 kq olur. 3-4 yaşına qədər ana südü ilə qidalanır. O.-lar 30 il və bəzən də bir az çox ömür sürürlər.
Biologiya terminlərinin izahlı lüğətiDağlıq ərazilərin çay vadilərində və dərələrdə təsadüf olunan ilan növü.
İnsanlara yaxın olan yerlərdə – xarabalıqlarda, qəbristanlıqda, suvarılan torpaqların arxları boyu, həmçinin kəndlərdə məskunlaşırlar. Bu ilan heç bir yerdə çoxlu sayda olmur. Hətta ən əlverişli yerlərdə, gün ərzində 2-3 ilan təsadüf edilir. Onların yemi suda-quruda yaşayanlar, quş yumurtaları və kiçik gəmiricilərdir. O.A.K.-nın zəhəri çox güclüdür. Dişləmə zamanı digər canlılara neyrotoksik təsir göstərir və bir müddətdən sonra tənəffüs mərkəzinin iflici nəticəsində canlı məhv olur.
Biologiya terminlərinin izahlı lüğətiÇöl tısbağası adı ilə də tanınan tısbağa növü.
Qını hündür olmayıb, dəyirmidir, sarıya çalan qonur rəngdədir. Ölçüsü 20 sm-dən çox deyil. Dişilər erkəklərdən böyükdür. Qabaq ayaqlarında 4 barmaq var. Bu tısbağalar Qazaxıstanın cənub rayonlarında, Orta Asiyanın bütün düzənliklərində, Şimali-şərqi İranda, Əfqanıstanda, Hindistanın şimal-qərbində və Pakistanda geniş yayılmışdır. O.A.T. gec boy atır və ömrünün 10-cu ilində yetkinləşir.
Biologiya terminlərinin izahlı lüğəti