Fıstıqkimilər fəsiləsindən bitki cinsi.
600-ə yaxın növündən 12-si Azərbaycanda bitir. Çiçəkləri kiçikdir. P.-ın oduncağından dülgər işlərində istifadə edilir. Təbii yayılma arealı Şimal yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir.
Biologiya terminlərinin izahlı lüğətiƏməköməcilər fəsiləsindən bitki cinsi.
40 növ ağac, kol və ot növü var. Birillik və çoxillik bitkidir. Meyvəsi yumru, bəzən oval şəklində olan qutucuqdur. Qutunun içərisində çiyid –toxumlar və P. lifləri olur. Çiçəklərinin ömrü bir gündür. Öz-özünə tozlanır.
Biologiya terminlərinin izahlı lüğətiPulcuqluqanadlılar dəstəsinə aid olan zərərverici həşərat növü.
Ön qanadları üzərində yumru böyrək və pazşəkilli naxışlar olur. Tırtıllarının rəngi müxtəlifdir. Kiçik yaşlarda pambığın qönçə və çiçəkləri, böyük yaşlarda qozaları ilə qidalanır. Pupu qışlayır. Pambığın ən qorxulu zərərvericisi hesab olunur.
Biologiya terminlərinin izahlı lüğətiVətəni İtaliya olan it cinsi.
P. Fransaya sonralar gətirilərək daha da inkişaf etdirilmişdir. İtaətkar, səssiz heyvan hesab olunur; kiçik olmalarına baxmayaraq dözümlüdürlər. Yanlara doğru açılan dik qulaqları P.-ları kəpənəyə bənzədir. Cinsin adı da burdan götürülmüşdür.
Biologiya terminlərinin izahlı lüğətiFransız və Alman çoban itlərinin cütləşməsindən əmələ gələn it cinsi.
XVII əsrdə alınmışdır. Açıq havanı və gəzintini sevən diqqətli itlərdir. P. dözümlü və hərəkətli çoban itləridir. Həmçinin qoruma və ov itləri olaraq istifadə edilir. Terrier cinsi ilə qohumluğu vardır. Səslərə qarşı son dərəcə həssasdır.
Biologiya terminlərinin izahlı lüğəti