lat. monodon
Ali məməlilər (plasentalılar) yarımsinfinin balinalar dəstəsinin delfinlər fəsiləsinə aid olan su heyvanı.
Bədəninin uzunluğu 5-6 m, çəkisi 1 tonadək olur. Erkəklərində 2 diş olur. Dişiləri isə dişsizdir. Buna baxmayaraq T. dişli balinalar yarımdəstəsinə aid edilir. Əsasən Şimal Buzlu Okeanın dənizlərində yaşayırlar.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiİnsan kəlləsinin bir hissəsi.
Normal halda sağlam insanda 2 yaşına qədər T.N.-də sümükləşmə gedir. İnsanda bir çox hərəki proseslərin beyin mərkəzini qoruyan əsas hissədir. T.N.-nin sümükləri başın kəllə şöbəsində olan 6 əsas sümüklərdən biri olub sayı cütdür (2 ədəd); sümüklərin tikişli birləşməsinə malikdir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətibradypodidae
Plasentalılar yarımsinfinin (ali məməlilər) natamamdişlilər (cücüyeyənlər) dəstəsinin fəsilələrindən biri.
Bədəninin uzunluğu 50-60 sm, çəkisi 4-7 kq olur. Əsasən Cənubi və Mərkəzi Amerikanın tropik meşələrində yaşayır. 7 növü 2 cinsdə birləşir: üçbarmaqlı T., ikibarmaqlı T. Bir ayağı ilə ağacdan uzun müddət asılı vəziyyətdə qala bilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti1868-1912-ci illərdə Koçi, Bull Terrier, Bulldog, Böyük Dane və Bernard it cinslərinin cütləşdirilməsindən alınan it cinsi.
İtaətkar, zəki və təlimə uyğun itlərdir. T. itləri dözümlü, sağlam və cəsurdur. Döyüş iti olaraq tanınmış T.-dan sonralar əsasən qorumada istifadə edilməyə başlanmışdır.
Biologiya terminlərinin izahlı lüğətiMolosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi.
XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. T. yerli it cinslərinin Avropadan gətirilən cinslərlə seleksiyasından alınmışdır. Mütəxəssislərin fikirinə görə Avropada olan T. cinslərlə Yaponiyada olanlar arasında müəyyən fərqlər vardır. T. yığcam bədən quruluşuna, sallanan ortaölçülü qulaqlara, qısa tükə və enli kəlləyə malik olmasına görə fərqlənir. Başı enli, burnu düz, burun ucları qara və enli, beli düz, sinəsi enli, quyruğu nisbətən kökdür.
Biologiya terminlərinin izahlı lüğəti