Məməlilər sinfinin yırtıcılar dəstəsinə aid olan cins.
Pişikkimilər fəsiləsinə aiddir. Bədəninin uzunluğu 82-105 sm, quyruğu 20-31 sm, çəkisi 8,19 kq-dır. V.-ın izləri pişik izlərinə oxşayır. V. sıx iynəyarpaqlı meşələrdə yaşayır. Ağaclara və qayalara dırmaşır. Əla üzür. Gün ərzində 30 km yol gedə bilir.
Biologiya terminlərinin izahlı lüğətilat. ardeidae
Quşlar sinfinin leyləkkimilər dəstəsinin bir fəsiləsi.
Əsasən tropik və mülayim qurşağın bataqlıq və göl kənarlarında yaşayırlar. Dünyada 65, Azərbaycanda isə 9 növü yayılmışdır. Ən çox yayılan növləri – ağ V., sarı V., adi boz V. və qarıldaq hesab olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. vampyrum
Yarasalar dəstəsinin yastıburun yarasalar fəsiləsindən məməli heyvan cinsi.
Amerikanın tropiklərində 1 növü – böyük V. yaşayır. Bədəninin uzunluğu 13 sm, açılmış qanadları 70 sm-dir. Qansoran deyil, həşərat və meyvə ilə qidalanır. Lakin adi V. gecələr ova çıxaraq iri məməli heyvanların qanını sormaqla qidalanırlar. 5 aylıq boğazlıq dövrü keçirir və bir bala doğur.
Biologiya terminlərinin izahlı lüğətilat. varanidae
Kərtənkələlər yarımdəstəsindən sürünən heyvan fəsiləsi.
Dünya faunasına 24 növü özündə birləşdirən 1 cins daxildir. Ən iri növü Komoda, Rinca, Flores və Yava adalarında yaşayan Komod V.-dır. Bu növün bədəninin uzunluğu 3, 7-4 m-ə, çəkisi 100 kq-dək olur. Orta Asiyada isə uzunluğu 1,5 m-ə çatan Zəm-zəm və ya boz V. yaşayır. Avstraliyada qazıntı halında uzunluğu 10 m-ə çatan nəhəng V. qalıqları tapılmışdır.
Biologiya terminlərinin izahlı lüğəti