lat. “vitalis” – canlı
Biologiyada, həyat prosesinin guya orqanizmdə olan “həyati qüvvəsi”ndən asılı olduğunu iddia edən idealist cərəyan.
lat. “vita” – həyat
Orqanizmdə maddələr mübadiləsinin normal getməsi üçün zəruri olan üzvi birləşmələr.
Latın əlifbasının hərfləri ilə işarə edilir. Məsələn, A, B, C, D, E, PP və s.
Həmçinin bax:
lat. “vitamin”; “therapeia” – qayğı
Bir sıra xəstəliklər zamanı orqanizmdə vitamin azlığı olduqda vitamin preparatlarının tətbiqi ilə aparılan müalicə üsulu.
lat. “vivis” – diri, canlı
Təcrübə məqsədilə heyvanların saxlandığı bina və ya qəfəs.
lat. viverridae
Məməlilər sinfinin yırtıcılar dəstəsinə aid olan fəsilə.
Əsasən Afrika, Cənubi Avropa və Cənubi Asiyada yayılmışdır. Azərbaycan ərazilərində təsadüf olunmur. Tipik nümayəndəsi Afrika V.-dir.
lat. “vivis” – diri, canlı; “pario” – doğuram
Heyvanlarda diri bala doğmaqla nəsilvermə.
lat. “vivis” – diri, canlı; “sectio” – yarmaq
Diri heyvan üzərində aparılan cərrahi əməliyyat.
Virusların qanda olması.
lat. fringillidae
Sərçəkimilər dəstəsinə aid olan fəsilə.
Azərbaycan ərazisində 14 növü (əsl V., baltadimdik, yalançı bülbül, mərciməkquşu və s.) əhatə edən 12 cinsi yayılmışdır.
Bitki mənşəli qidalardan istifadə edən, ətyeməz.
Dərinin şəffaf və ya bulanıq möhtəviyyatlı səpkili elementi.