panthera ieo
Pişikkimilər fəsiləsindən yırtıcı məməli heyvan.
Pəncəsi iri caynaqlı, tüklü qısa, sarımtıl-qonurdur. Dəstənin digər nümayəndələrindən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Çox güclü və cəlddir. Boğazlıq dövrü 116 gün çəkir. Adətən 3-4 bala doğur. 30-35 il yaşayır. Ovlandığı üçün sayı azalmışdır.
Biologiya terminlərinin izahlı lüğətiapergillus
Kisəli göbələklər sinfindən kif göbələkləri cinsi.
100-dən çox növü məlumdur. Konidilərlə qeyri-cinsi yolla çoxalır. Amöb dezenteriyasına və arılarda nozematoz xəstəliklərinə qarşı tətbiq edilən fumagillin antibiotiki A. fumigatus növündən alınır.
Biologiya terminlərinin izahlı lüğətielapiadae
Pulcuqlular dəstəsi, zəhərli ilan fəsiləsi.
181 növü əhatə edən 41 cinsi var. Əsasən, yerdə, bəzən isə ağacda yaşayırlar. Qurbağa, kərtənkələ, başqa ilanlar və siçanabənzər gəmiricilərlə qidalanırlar. Fəsiləyə daxil olan bütün növlər zəhərlidir. Zəhərləri sinir sisteminə təsir etdiyi üçün tibdə işlədilir. Geniş yayılan cinsləri kobralar, kraytlar və mambadır.
Biologiya terminlərinin izahlı lüğəti1. Nəfəsalma zamanı tənəffüs yollarına yad cisimlərin düşməsi.
Yad cisimlər qida qırıntısı, qan, tüpürcək, selik, diş protezi və s. ola bilər. Udma akta pozulduqda və ya xəstə bihuş olduqda baş verir.
2. Müxtəlif xəstəliklər zamanı bədənin hər hansı boşluğuna, habelə oynaq boşluğuna toplanmış maye və ya havanın müxtəlif alət və cihazlarla sorulması.
Tibdə ağciyərə yığılan mayeni A. üsulu ilə çıxarırlar.
Biologiya terminlərinin izahlı lüğətiascidioe
Sürfəsixordalılar (tunikalılar) yarımtipində xordalı dəniz heyvanları sinfi.
Dənizlərin dibində həm tək, həm də koloniya halında substrata yapışaraq oturaq həyat sürür. Bədəni tunika ilə örtülüdür. Hermofroditdir. 150-yə yaxın növü məlumdur. Ağzı ön tərəfindədir; anal dəliyi ağızın yanındadır. Udlağın divarlarında qəlsəmə dəlikləri var. Sürfələri xordalıdır. Yetkin fərdlərində xorda yoxdur.
Biologiya terminlərinin izahlı lüğətiAdenozintrifosfat turşusu.
Adenozin azotlu əsası və 3 mol fosfat turşusu qalığından əmələ gələn nukleotiddir. Hüceyrələrdə universal enerji mənbəyi rolunu oynayır. Ehtiyatda duz şəklində saxlanılır. Adətən fermentlərin təsirindən 1 mol ortofosfat qrupu (PO4) A.-dən parçalanır və 40 kC enerji ayrılır. A. ehtiyatı əzələlərdə daha çox olur. Hüceyrə sturukturlarından mitoxondri və xloroplastlarda əmələ gəlir.
Biologiya terminlərinin izahlı lüğəti