cyperaceae
Birləpəli bitki fəsiləsi.
Çoxillik, bəzən birillik ot, az hallarda torpiklərdə ağacvari forması olur. Xətvari yarpaqları qında oturaq, bəzisində reduksiya olunmuşdur. Xırda birtoxumlu dəndir. Azərbaycanda 19 cinsi var. Bəzi növləri torfun əmələ gəlməsində iştirak edir.
Biologiya terminlərinin izahlı lüğəticarex
Birləpəlilər sinfi, cilkimilər fəsiləsindən bitki cinsi.
Sürünən, yaxud qısa kökümsovlu çoxillik otdur. Xətvari yarpaqları çıxıntılı və kənarı iti olur. Çiçəkləri bircinsiyyətlidir. Meyvəsi fındıqcadır. Azərbaycanda 61 növü var. C.-dən quru ot və silos tədarük edilir. Dekorativ bitki kimi becərilir.
Biologiya terminlərinin izahlı lüğətilamium album
İkiləpəlilər sinfi, dodaqçiçəklər fəsiləsindən çoxilllik ot bitkisi.
Yarpağının formasına görə gicitkənə oxşayır. Şimal yarımkürəsinin mülayim zonasında, hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Biologiya terminlərinin izahlı lüğətistellaria
Qərənfilçiçəklilər fəsiləsindən bitki cinsi.
Çoxillikdir. Az halda bir və ikiillik otlardır. Yarpaqları dəyirmi, xətli-lansetvari və yumurtavari formada olub, qarşı-qarşıya yerləşmişdir. Meyvəsi qutucuqdur. Azərbaycanda 4 növü var. Lansetvari C. balverən bitkidir. Heyvanlar yaxşı yeyir. Taxılabənzər C. isə zəhərlidir.
Biologiya terminlərinin izahlı lüğətigenus
1. Yarımcinsləri birləşdirən canlıların təsnifat vahidi (taksonomik kateqoriya).
Təsnifat kateqoriyasında fəsilə qrupundan aşağıda, növ qrupundan isə yuxarıda yerləşir. Hər bir nominal C.-in tipini “tipik növ” adlı nominal növ təmsil edir.
2. Adətən təsərrüfat əhəmiyyətli heyvan növlərinin süni seçmə yolu ilə (insanlar tərəfindən aparılan seçmə) alınan formaları.
Biologiya terminlərinin izahlı lüğəticicadinea
Cücülər sinfi, bərabərqanadlılar dəstəsində yarımdəstə.
Bədənin uzunluğu 2-6 mm, bığları üçbuğumlu, ağız aparatı sorucu, dal ayaqları tullanandır. Azərbaycanda 250-dən çox növü yayılmışdır. İldə 1-2 nəsil verir. Cırcıramalar bitki ilə qidalanırlar. Təbii otlaqlarda daha çox olur. Bəzi növləri kənd təsərrüfatı bitkilərinə, ağaclara zərər vurur. Bitkilərdə virus xəstəliklərinin keçiricisidir. Zərərli C.-a qarşı aqrotexniki və kimyəvi mübarizə aparılır.
Biologiya terminlərinin izahlı lüğəticiminum
Çətirçiçəklilər fəsiləsindən birillik ot bitkisi.
Tünd-yaşıl yarpaqları 2-3 qat bölümlüdür. Meyvəsi ikitoxumludur. Azərbaycanda 1 növü becərilir. Toxumunda 2-4% efir yağı, 16% xrorofil və bəzi turşular olur. Xalq təbabətində C.-nin toxumundan asmanın qarşısını alan, xroniki mədə-bağırsaq xəstəliklərinin müalicəsində, soyuqdəymədə bəlğəmgətirən, köpyatıran və iştaha artıran dərman kimi istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğətinanizm
Qeyri-normal kiçik boy.
Səbəbi: daxili sekresiya vəzilərinin zədələnməsidir. C.-un bütün növləri şərti olaraq mütənasib və qeyri-mütənasib C.-lara bölünür. Mütənasib C.-a hipofizar, tireogen, infantil və beyin xəstəlikləri ilə əlaqədar, qeyri-mütənasib C.-a isə skeletin deformasiyası ilə təzahür edən raxit, xondrodistofiya və sümüklərin sistem xəstəliyindən baş verən C. aiddir.
Biologiya terminlərinin izahlı lüğətitypha
Eyniadlı fəsilədən birləpəli bitki cinsi.
Birevli, çoxillik C. bataqlıq bitkisidir. Enli və ya daryarpaqlıdır. Xırda çiçəkləri ayrıcinsiyyətlidir. Meyvəsi fındıqcadır. Azərbaycanda 7 növü məlumdur. C.-dən tikinti materialı, kağız və s. hazırlanır. C.-nin bəzi növləri çəltiyin alağıdır.
Biologiya terminlərinin izahlı lüğətiplethodontidae
Quyruqlu suda-quruda yaşayanlar fəsiləsi.
Uzunluğu 8-15 sm-ədək olur. Dəri, ağızın və udlağın selikli qişası ilə tənəffüs edir. Əsl salamandrlara yaxındır. Ağciyəri yoxdur, ürəyi ikikameralıdır. 60-adək növü var. Quru salamandrları yumurtalarını quruda rütubətli yerlərdə qoyur. Bəzi növəri diridoğandır. Cücülər və başqa onurğasızlarla qidalanır.
Biologiya terminlərinin izahlı lüğətimyristica
Eyniadlı fəsilədən həmişəyaşıl ağac cinsi.
Cinsin digər adı müşk qozudur. Sarımtıl çiçəkləri salxım və ya çətirəbənzər çiçək qrupunda yerləşir; meyvəsi çəyirdəkdir. Tropik ölkələrdə 120-yədək növü məlumdur. Ədviyyat kimi ətirli C.-ün meyvəsinin və toxumundan istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğəticalligonum
Qırxbuğum fəsiləsindən bitki cinsi.
Çox bulaqlanan koldur. Yarapqları tez tökülən, çiçəkləri ikincinsiyyətlidir. Meyvəsi fındıqcadır. Qumlu səhralarda rast gəlinir. Azərbaycanda 4 növü var. Bəzi növləri qumun bərkidilməsi üçün istifadə edilir. Yaşıl cavan zoğlarını dəvələr və qoyunlar yeyir.
Biologiya terminlərinin izahlı lüğəticharadriiformes
Quş dəstəsi. Xırda və ortaboylu quşlardır.
Ayaqları adətən uzundur, yaxşı qaçır və üzür. Qanadları uzun və ensiz olur. Quyruğu qısadır. Dimdiyi ovu tutmaqla əlaqədar müxtəlif formada olur. 300-dən çox növü var. Geniş yayılmışdır. Azərbaycanda 63 növü məlumdur. Yerdə və qaya üzərində yuvalayır. Çoxu monoqamdır. 1-5, bəzən 3-4 yumurta qoyur. Suda və quruda yaşayan onurğasızlarla qidalanır.
Biologiya terminlərinin izahlı lüğəti