lat. echinosoricidae fishcer
Həşəratyeyənlər (cücüyeyənlər) dəstəsinin kirpilər fəsiləsindən məməli heyvan cinsi.
Bədəninin uzunluğu 15-27 sm-dək, quyruğu 20-37 mm-dək olur. Bədəni boz-qonur rəngli tikanlarla örtülmüşdür. Avrasiya və Afrikada adi kirpi növü daha geniş yayılmışdır. Azərbaycanda 2 növünə təsadüf edilir: Muğan yekəqulaqlı kirpi və Zaqafqaziya kirpisi.
Biologiya terminlərinin izahlı lüğətilat. ranidae rafinesque
Suda-quruda yaşayanlar (amfibiyalar) sinfinin quyruqsuz amfibiyalar fəsiləsi.
Dünyada 200-ə qədər, Azərbaycanda isə 4 növü yayılmışdır: kiçik Asiya qurbağası, Zaqafqaziya qurbağası, göl qurbağası və qısaquyruq göl qurbağası.
Biologiya terminlərinin izahlı lüğətilat. castanea
İkiləpəlilər sinfinin fıstıqkimilər fəsiləsindən ağac cinsi.
Hündürlüyü 30-35 m-ə çatan uzunömürlü ağaclardır. Dünyada 14 növü yayılmışdır. zərbaycan florasında 1 növü – adi şabalad yayılmışdır. Əsasən, Balakən, Zaqatala, Oğuz, Qəbələ və Böyük Qafqaz dağlarının Cənub yamaclarında yerləşən bölgələrin meşələrində 1000 m-dək yüksəkliklərdə bitir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. lucilia robineau
İkiqanadlılar dəstəsinin kalliforida və sarkopadiya fəsilələrindən olan bir sıra milçəklərin ümumi adı.
Əsasən ət, cəmdək və çürümüş meyvə ilə qidalanırlar. Rənginə görə müxtəlif olurlar. Məsələn, qara cəmdək milçəkləri, göy Ə.M., boz Ə.M., yaşıl Ə.M.
Biologiya terminlərinin izahlı lüğətilat. geranium
Ətirşahkimilər fəsiləsindən birillik və çoxillik ot bitkisi cinsi.
Hündürlüyü 30 sm-ə qədər olur. Dünya florasına 400 növü daxildir. Azərbaycan ərazisində 4 cinsdə birləşən 23 növü yayılmışdır. Məsələn, qırmızı Ə., dilimli Ə., meşə Ə.-ı, adi ətirşah və s.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiToxuma növü; insan və heyvanlarda orqanizmin ayrı-ayrı üzvlərinin hərəkətini təmin edən sturukturlar.
Ə.-lər insanda və heyvanlarda skeleti və daxili orqanları əhatə edərək bir sıra mühüm fizioloji funksiyaları yerinə yetirir. Ə. quruluşuna və iş prinsipinə görə 3 qrupa bölünür: saya Ə., eninəzolaqlı Ə. və ürək Ə.
Biologiya terminlərinin izahlı lüğəti