lat. procellariiformes
Quşlar sinfinin dəniz quşları dəstəsi.
Dünyada 94 növü əhatə edən 24 cinsi məlumdur. Növündən asılı olaraq bədəninin uzunluğu 15 sm-dən 105 sm-dək olur. Arktika və subarktika sahillərində yaşayır. Azərbaycanda təsadüf olunmur.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin xortumlular dəstəsinə aid olan heyvan ailəsi.
F.-lər ən böyük quru heyvanlarıdır. F.-lər ailəsinə 3 növ aiddir. Afrika fili – loksodonta; Hindistan (Asiya) fili – elephas; digər növlər və mamontlar isə buzlaşma dövründə məhv olmuşdur. F.-in məhv olmasının qarşısını almaq üçün onlar qırmızı kitaba daxil edildir. F.-in xortumu onların üst dodağı ilə burunlarının qovuşması və kəskin uzanmasından əmələ gəlmişdir.
Biologiya terminlərinin izahlı lüğətiFillərin üst çənələrində kəskin uzanıb ağızdan kənara çıxan bir cüt üst kəsici dişlər.
Qiymətli bəzək əşyalarının hazırlanmasında istifadə olunur. Afrika fillərinin həm erkəyində, həm dişisində; Hindistan filinin isə yalnız dişi fərdlərində “fil dişi” olur.
Biologiya terminlərinin izahlı lüğəti