lat. lobeliaceae
Asterid yarımsinfinin zəngçiçəklilər sırasından ikiləpəli bitki fəsiləsi.
lat. numididae
Toyuqkimilər dəstəsindən quş fəsiləsi.
7 növü və 4 cinsi əhatə edir. Bədəninin uzunluğu 30-70 sm, çəkisi 1.8-2,0 kq olur.
lat. grassularia
Daşdələnçiçəklilər sırasının rus alçasıkimilər fəsiləsindən ikiləpəli bitki cinsi.
Kollardır. Dünyada 50-dən çox növü vardır. Azərbaycanda isə 1 növü – rus alçası becərilir.
yun. “phyton” – bitki; “phagos” – yeyən
Yalnız bitkilərlə qidalanan heyvanlar.
yun. “phyton” – bitki; “phainomena” – hadisə; “logos” – elm
Təbiətin mövsüm dəyişikliklərinin bitkilərə təsiri haqqında elm.
yun. “phyton” – bitki; “philea” – sevirəm
Su bitkiləri üzərində və onların arasında yaşayan canlılar.
lat. phytophthora
İbtidai göbələk cinsi.
Fitoftora cinsindən olan göbələklərin bitkilərdə törətdiyi xəstəlik.
Dəyirmi qurdlar sinfindən bitkilərdə parazitlik edən qurdlar.
Helmintologiyanın bitkilərin qurd xəstəliklərini öyrənən və onlara qarşı mübarizə aparan bölməsi.
yun. “phyton” – bitki; “hormaino” – hərəkətə gətirirəm, oyadıram
Bitki hormonları.
F. bitkilərdə əmələ gələn və onların inkişafını sürətləndirən bioloji fəal maddələrdir.
yun. “phyton” – bitki
Fitosenozu təşkil edən bitkilərin canlı üzvi maddələrinin ümumi miqdarı.
yun. “phyton” – bitki; lat. “sadeo” – öldürürəm
Ali bitkilərdə əmələ gələn mikroorqanizmləri və ibtidailəri məhv edə bilən bioloji fəal maddələr.
İlk dəfə 1928-ci ildə rus alimi Boris Petroviç Tokin tərəfindən kəşf edilmişdir.
yun. “phyton” – bitki; “pathos” – xəstəlik; “logos” – elm
Bitki xəstəliklərini hərtərəfli öyrənən elm.
2 hissəyə bölünür: ümumi F. və xüsusi F.
yun. “phyton” – bitki; “koinos” – ümumi; “logos” – elm
Botanikanın bitki qruplaşmalarından bəhs edən bölməsi.
Həmçinin bax: