yun. “photos” – işıq; “taxis” – yerləşmə
İşıq şüasının təsiri ilə bitki və heyvan orqanizmlərində sərbəst hərəkət reaksiyası.
yun. “photos” – işıq; “therapeia” – qayğı, müalicə
Fizioterapiyanın işıq şüalarının müalicəvi təsirinə əsaslanan bölməsi.
Həyat fəaliyyəti zamanı işıq enerjisindən istifadə edən mikroorqanizmlər.
F.B. gedən fotosintezdə yaşıl bitkilərdəkindən fərqli olaraq molekulyar oksigen əmələ gəlmir.
Həmçinin bax:
yun. “photos” – işıq; “tropos” – çevrilmə
Bitkilərin işıq mənbəyinə və ya onun əksinə tərəf meyil etməsi.
2 cür olur: mənfi F. və müsbət F.
Paleozoy erasının devon mərtəbəsinin (dövrünün) üst şöbəsinin alt mərtəbəsi.
İlk dəfə 1868-ci ildə Belçika geoloqu J.Omalius d¢Hallua tərəfindən ayrılmışdır.
Bax: fran mərtəbəsi.
lat. fregatidae
Kürəkayaqlıkimilər dəstəsindən quş fəsiləsi.
Açılmış qanadları 2 m-ə çatır. Atlantik, Hind və Sakit okeanları tropik adalarında 5 növü yayılmışdır. Bir yumurta qoyur; 40-50 gün kürt yatır.
yun. “phthisis” – üzülmə, vərəm; “iateria” – müalicə
Təbabətin vərəm xəstəliklərindən bəhs edən bölməsi.
lat. fukus – dəniz yosunları cinsi; yun. “xanthos” – sarı
Diatom yosunlarda sarı piqment.
lat. fucales
Qonur yosunlar sırası.
lat. “fumigatio” – tüsdülədirəm
Bitki xəstəliklərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiri.
lat. “fungus” – göbələk; “cadeo” – öldürürəm
Kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinin inkişafını dayandıran kimyəvi maddələr.
Tük kisəciyinin və ətraf birləşdirirci toxumanın irinli iltibahı.
Fuzarium cinsinə aid olan göbələklərin yabanı və mədəni bitkilərdə törətdiyi xəstəlik.
lat. fusarium
Natamam göbələklər sinfinə aid olan cins.